Qərbi Kaspi Universiteti

Müəllimlər

Afaq

Afaq  Həsənova

İqtisadiyyat Məktəbi

Riyaziyyat üzrə fəlsəfə doktoru, Ümumi iqtisadiyyat kafedrasının müdiri

Menecment və turizm kürsüsünün rəhbəri, dosent, fizika- riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru)    Akademik fəaliyyətinin istiqamətləri: Ali riyaziyyat kursunun bütün bölmələri (azərbaycan, rus, ingilis dillərində) Statistika İqtisadiyyat Mikroiqtisadiyyat Makroiqtisadiyyat Beynəlxalq İqtisadi Münasibətlər Maliyyə təhlili (azərbaycan, rus, ingilis dillərində)  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Afaq Həsənova 15 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı şəhəri 251 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Aspiranturada oxuduğu müddətdə ali məktəbdə pedaqoji fəaliyyətə  başlamışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye universiteti) “Ali Riyaziyyat “ kafedrasında çalışmışdır. 1996-cı ildən etibarən Qərbi Kaspi Universitetində “İqtisadiyyat, Marketinq və Menecment” kafedrasında çalışır. Mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak etmişdir. Böyuk Britaniyanın Nottinghem Trent Universitetində, ABŞ-ın İndiana  və Kanzas Universitetitlərində, Turkiyənin Bilgi Universitetində çalışaraq beynəlxalq profesional təcrübə əldə etmişdir. Beynəlxalq diplomlar və sertifikatlarla təltif edilmişdir. Bir sıra elmi işləri, məqalələri və dərs vəsaitləri mövcuddur.  Elmi nəşrlər: 1.“Principles of radiation for Helmholtz equation in n-dimensional layer with impedance boundary conditions”, Turkish Journal of Mathematics, Scientific and Technical Research of Turkey, Turkey,1996 2.”Tətbiqi İqtisadiyyat” ( Junior Achievement), dərslik, Qərb Universiteti, Bakı, 2000 3.“Сборник лекций и задач по операционному и производственному менеджменту”, учебное пособие, Баку, 2014 4. “Oyunlar nəzəriyyəsinin bəzi tətbiqi  yolları”, Elmi Xəbərlər, Qərb Universiteti, Bakı, 2015

Mübariz

Mübariz  Bağırov

İqtisadiyyat Məktəbi

Professor, İqtisad elmlər doktoru

 M.M.Bağırov 11 avqust 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Nursu kəndində doğulub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, iqtisadçı ixtisasına yiyələnib. 1986-cı ildə həmin İnstitutun aspiranturasına qəbul olub və 1993-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1995-1997-ci illərdə Sankt Peterburq şəhərində Dövlət Maliyyə İqtisad Universitetinin doktorantı olub. 1997-ci ildə həmin universitetdə “Azərbaycan Milli Bank sisteminin yaradılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.1978-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1980-1982-ci illərdə Sovet ordusu sıralarında (Gürcüstan Respublikasında) həqiqi hərbi xidmət keçmişdir. 1982-1989-cu illərdə Bakı Baş Tikinti İdarəsində 2№-li evtikmə kombinatında fəhlə, əmək və əməkhaqqı şöbəsində mühəndis, böyük mühəndis və həmin şöbənin müdiri vəzifələrində çalışmışdır. 1989-1993-cü illərdə 2№-li evtikmə kombinatın direktorunun iqtisadi məsələlər üzrə müavini, 1993-1998-ci illərdə Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının İxtisaslaşmış Tikinti filialının müdiri, 1998- 2001-ci illərdə Azərbaycan İqtisadçılar İttifaqının “Pul tədavülü və kredit Departamenti”nin direktoru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Odlar Yurdu Universitetində “Maliyyə və gömrük işi” kafedrasının müdiri, 2005-2007-ci illərdə “ATRA” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədrinin müavini, 2007-2009-cu illərdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutunda baş elmi işçi, 2009-2010-cu illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda “Maliyyə, pul- kredit siyasəti” şöbəsində baş elmi işçi vəzifəsində işləyib. 2010-cu ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının professorudur.M.M.Bağırov 2007-2010-cu illər ərzində Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Müdafiələri üzrə İxtisaslaşmış Müdafiə Şurasının, 2010-2018-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən FD 02.052 saylı Müdafiə Şurasının üzvü olmuşdur. 2018-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ixtisaslaşmış ekspert şurasının üzvüdür. 2000-ci ildən hal-hazıradək bir sıra elmi jurnalların, o cümlədən Odlar Yurdu Universtitetinin Elmi xəbərlər, Naxçıvan Universitetinin Elmi xəbərlər, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutunda nəşr olunan elmi jurnalların redaksiya heyətinin üzvü olmuşdur. M.M.Bağırov tərəfindən işlənmiş olan “Milli bank sistemtlərinin transformasiyası, təşəkkülü və inkişaf etdirilməsinin siyasi, iqtisadi, sosial şərtlərinin yaradılmasının nəzəri və metdoloji məsələlərinə dair konsepsiyalar” 1998-ci ildə Moskva şəhərində V.V.Maslennikovun rəhbərliyi altında buraxılan “Milli bank sistemlərinin yaradılması təcrübəsi” adlı Elmi tədqiqat dərgisinə daxil olmuşdur. 2005-ci ildə M.M.Bağırovun həmmüəllifliyi ilə Azərbaycanda ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının qərarı ilə (№TK 5, 07.07.2004) 8 mindən artıq iqtisadi terminləri özündə əks etdirən geniş oxucu və tədqiqatçılar kütləsi üçün zəruri olan “İzahlı iqtisadi terminlər” lüğəti və 4000-dən çox iqtisadi terminləri özündə əks etdirən “Qısa izahlı iqtisadi terminlər” lüğəti buraxılmışdır. M.M.Bağırov Azərbaycanda bank sisteminin, həmçinin bankların formalaşması, təşkili, idarəedilməsi, tənzimlənməsi, likvidliyi və s. kimi vacib parametrlərinin tədqiqi ilə məşğul olan ilk tədqiqatçılardandır. Bu sahədə 100- dən artıq monoqrafiyası, dərsliyi, dərs vəsaitləri, məqalələri, tədris proqramları dərc edilmişdir. Bilavasitə rəhbərliyi altında 12 iqtisad üzrə fəlsəfə doktoru müdafiə edib elmi dərəcə almışdır, hal hazırda 5 iqtisad üzrə fəlsəfə doktoru müdafiə ərəfəsindədir. Əsərləri: «Создание   Национальной   Банковской   системы            Азербайджана», Monoqrafiya, S.Peterburq, 1997. «Место    и    роль   коммерческих    банков    в    системе             рыночных отношений». Bakı, 1997 «Условия формирования национальной банковской системе». Bakı, 1997.

Nizami

Nizami  Xudiyev

İqtisadiyyat Məktəbi

Professor, İqtisad elmlər doktoru

Nizami Nəcəfqulu oğlu Xudiyev 1960-cı il dekabr ayının 5-i Bakı şəhərində  anadan olmuşdur. 1968-1978-ci illərdə Bakının Nizami rayonunda 62№ orta məktəbi bitirmiş və elə həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statiska fakültəsinin əyani bölməsinə daxil olmuşdur. 1982-ci ildə həmin institutu “maliyyə-kredit” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1982-1985-ci illərdə təyinat üzrə ölkəmizin sığorta orqanları sistemində sığorta müfəttişi vəzifəsindən böyük mühasib-təftişçi vəzifəsinədək yüksəlmişdir. 1982-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.  1985-ci ildə Az.XTİ-nin maliyyə-kredit ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. “Maliyyə” kafedrasının aspirantı kimi Sovet dövrünün mərkəzi elmi nəşrləri olan  « Финансы СССР », «Вопросы экономики», «АПК: экономика и управление» , daha sonrakı dövrlərdə tədqiqatçı-alim  kimi «Страхование», «Экономическая газета», «Финансы», »Экономика сельскохозяйственных и переработывающих предприятий» kimi mərkəzi dərgilərdə elmi məqalələrlə çıxış etmişdir. Elmi fəaliyyətinin ilkin mərhələsinin yekunu kimi 1988-ci ildə Lelinqrad şəhərində (indiki S-Peterburq) «Государственное страхование в системе АПК» mövzusunda “maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş və 1989-cu ilin martında iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.  Nizami Xudiyev pedaqoji fəaliyyətinə 1989-cu il fevral ayının 1-dən N.A. Voznesenski adına Lelinqrad Maliyyə İqtisad Universitetinin Bakı filialının “Maliyyə” kafedrasında RF Təhsil Nazirliyinin gənc mütəxəssis təyinatı əsasında asssistent kimi başlamışdır.   1993-cü ildə Azərbaycanda azərbaycan dilində yazılmış ilk sığorta kitabının müəllifi olmuşdur. Əmək fəaliyyətinin sonrakı dövrü də, Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə” ( indiki “Maliyyə və maliyyə institutları”)" kafedrası ilə bağlı olmuşdur. Bu kafedranın müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır.  2010-cu ildə elmi fəaliyyətinin nəticəsi kimi “Azərbaycan milli sığorta bazarının formalaşması  şəraitində sığorta resurslarının idarə edilməsi” mövzusunda Azərbaycanda ilk dəfə olaraq doktorluq dissertasiyası müdafiə etmişdir. AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2011-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə, 2017-ci ildən isə professor elmi adına layiq görülmüşdür.           N.Xudiyev maliyyə, sığorta məsələlərinə dair 100-dən çox elmi əsərin, o cümlədən, 3 dərslik, 2 dərs vəsaiti, 2 metodiki göstəriş, 12 fənn üzrə proqramın, 2 monoqrafiyanın və onlarlarla elmi məqalənin (ölkədə və xaricdə) müəllifidir..N.Xudiyevin “Sığorta fənni” üzrə dərslərini www.edu.cbar.az saytının Sığorta bölməsində izləmək olar. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədris-Metodiki Şurasının, Dissertasiya Şurasının, fakültə Elmi Şurasının üzvüdür. İctimai əsaslarla kafedra müdirinin elmi işlər üzrə müavinidir. 2015-ci ildə səmərəli pedaqoji fəaliyyətinə görə AR Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.           Elmi və tədris- metodik əsərlərinin siyahısı Страхование в АПК. Журнал «Финансы СССР», Москва,1988, №5. Перспективы развития государственного страхования в АПК. Журнал «АПК: экономика, управление». Москва, 1989, № 11. Совершенствование системы защиты перерабатывающих предприятий. Журнал «Экономика  сельскохозяйственных и перерабатывающих предприятий Москва,1989,№5 Обзор материалов поступивших в редакцию по проблемам арендных отношений. Журнал «Вопросы экономики», Москва, 1989, № 11. Страхование от производственного риска. Журнал «Финансы СССР», Москва, 1989, № 1 Участие в деловом клубе по страховым проблемам. Экономическая газета», Москва,    1989, № 36. Перспективные виды производственного страхования. Журнал «Финансы СССР», Москва, 1990 №1. 0.5п.л. Вопросы глобализации национальных страховых рынков в СНГ. Журнал «Финансы», Москва, 2004, № 2. Формирование единого страхового рынка в СНГ: причины, формы и тенденции. Журнал «Страховое дело». Москва, 2005, № 2. Совершенствование механизма налогообложения в страховых организациях. Журнал «Финансы», Москва, 2005, № 5. Перспективы и пути реформирования олигополистической модели страховых рынков в СНГ. Журнал Финансы. МОСКВА. 2013 №3 стр.49-50 Dövlət sığortası – etibarlı təminatdır. “Kənd həyatı” jurnalı, Bakı, 1988 №2. Проблемы страхования животноводства в сельскохозяйственных предприятиях республики. Журнал «Народное хозяйство Азербайджана», Баку, 1988, №8. Azərbaycan Respublikasında məsuliyyət sığortasının inkişaf istiqamətləri. AMEA-nın Xəbərləri, İqtisadiyyat seriyası, Bakı, 1988 № 1-4. Yeni təsərrüfatçılıq şəraitində dövlət sığortası. “Azərbaycan Xalq Təsərrüfatı” jurnalı, Bakı, 1989, № 9. Dövlət sığortasının inkişafı Ekspert jurnalı, 20 aprel 1990-cı il. Bələdiyyələrin iqtisadi əsaslarının formalaşması problemləri Bələdiyyə” jurnalı, Bakı, 1999, № 6. Kredit risklərinin sığortası “Ekspert” jurnalı. Bakı, 2000, № 10-11. Milli sığorta sisteminin inkişafının strateji istiqamətləri“Maliyyə və uçot” jurnalı, Bakı, 2002, № 2. 2004-cü il büdcəsində mərkəzi və yerli maliyyə məsələləri“Ekspert” jurnalı. Bakı, 2003, № 5-6. Müasir dövrdə sığorta münasibətləri və onların təkmilləşdirilməsi xüsusiyyətləri“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı, Bakı, 2003, №4“ Şəxsi sığorta dövlət sosial sığortasına mühüm əlavə kimi. “Regionlarda kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi problemləri”. Respublika elmi-praktiki konfransının materiallarında. Yevlax, 2004. Международный опыт организации аудиторского контроля в государственном страховании и его адаптация к республиканским условиям. Журнал «Аудит». Баку, 2004, № 2-3. Respublikada təkrarsığorta bazarının inkişaf perspektivləri. “Maliyyə və uçot” jurnalı. Bakı, 2005, № 1. Sığorta təşkilatlarında maliyyə sabitliyinin təminatının əsas istiqamətləri. “İqtisadiyyat və həyat” jurnalı, Bakı, 2005, № 5. Müasir şəraitdə sığorta ehtiyatlarının idarəedilməsinin bəzi məsələləri. “Maliyyə və uçot” jurnalı. Bakı, 2005, № 3. Milli sığorta sistemində kapital yığımı və onun idarəedilməsi. “Maliyyə və uçot” jurnalı, Bakı, 2005, № 5. Müasir sığorta nəzəriyyəsi: baxışlar, tendensiyalar. İqtisadiyyat və həyat” jurnalı, Bakı, 2005, № 11-12. Müasir mərhələdə sığorta nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətl“İqtisadiyyat və audit” jurnalı, Bakı, 2006, № 7.   Sığorta şirkətlərinin dayanıqlı fəaliyyətinin əsas kriteriyaları və amilləri. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı, Bakı, 2006, № 1-2.   Sığorta təşkilatlarında vergitutmanın alternativ mexanizmi və onun tətbiqi perspektivləri Azərbaycanın vergi jurnalı.Bakı 2014 №4(118) səh.51-60   Milli sığotra bazarının maliyyə-vergi tənzimlənməsinin prioritetləri. Azərbaycanın vergi jurnalı.Bakı 2015 №1(121) səh.109-114   Azərbaycanın maliyyə xidmətləri seqmentində sığortanın rolu və sistemli transformasiya perspektivləri. Statistika xəbərləri Elmi –praktiki yurnalı.Bakı, N 3, 2017. Səh. 4-9.                 BİTKOİN in məzənnəsi necə təyin olunur. UNEC Ekspert yurnalı. Dekabr 2017, N-02 (04) səh. 16-17              Azərbaycan mılli sığorta bazarının yüksəlişi maliyyə xidmətlərinin   inkişafina dair Strateji Yol Xəritəsinin mühüm hədəflərindəndir.  “Maliyyə və uçot” jurnalı.N-2,2018- ci il.səh. 16-21.             Xarici investisiyaların artırilması üzrə Sinqapur modelinin Azərbaycanda qeyri neft setoruna investisiyaların artırılması ücün praktik istiqamətləri Bakı Dövlət Universitetinin Xəbərləri. Sosial siyasi elmlər seriyası. Bakı N 3 2019. Səh. 75-84  Qarabağ iqtisadi rayonunun maliyyə potensialı onun iqtisadi artım və inkişaf strategiyasının əsasıdır.İqtisadiyyat q. N-37, (1187), 16-22 sentyabr 2021 ci il. S. 4                                              Beynəlxalq konfranslarda məruzələr 1.Sığorta məqsədləri üçün qiymətləndirmə və onun təkmilləşdirilməsi istiqmətləri. “Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı”. II Beynəlxalq elmi-praktiki konfransın materiallarında. Bakı, 2001. 2. Milli ehtiyatlar sistemi respublika sığorta bazarına nəzarətin strateji modeli kimi. “Milli iqtisadi inkişafın Azərbaycan modeli” mövzusunda Beynəlxalq konfransın materiallarında. Bakı, 2007. 3 Перспективы развития национальных  страховых рынков в постсоветском экономическом пространстве . Материалы ХШ Международной научно-практической конференции.27-28 октября 2016г.Киевский национальный универсиет им.Т.Шевченко-Киев 2016.стр.112-115   4. Sığorta xidmətləri bazarında prudensial nəzarət və şəffaflığın təmin edilməsi problemləri. Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri Beynəlxalq Elmi- Praktiki Konfrans. Bakı 21-23 sentyabr 2017-cı il, səh. 220-222. 5. Testinq of FDİ and non-oil FDİ infloüs İN AZERBAYCAN using dunnug s eslectic model.55TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 18-19 june 2020. 6 Current trends in the state and development of the insurance sector. 55TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 18-19 june 2020. 7 İnternational experience on insurance of formsfrom export risks: existingproblems perspektives in Azerbaijan. 55TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 18-19 june 2020. 8. Current status and socio- ekonomic aspekts of the agricultural insurance system in Azerbaijan70TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 25-26 june 2021 p271-276 9. XXİ əsrin ortalarına doğru Qarabağ iqtisadi rayonunun maliyyə potensialının substantiv elmi empirik ssenarisi. Qarabağda yeni iqtisadiyyat quruculuğu Ağdamdan inkişaf impulsları. İ Elmi praktiki konfrans.Ağdam-Bakı. 16-17 sentyabr 2021-ci il.  1V Tədris vəsaitləri Sığorta işi Fənn üzrə metodiki göstəriş. Bakı, 1996.AR Təhsil Nazirliyinin EM Şurasının “İqtisad” bölməsinin 8 iyun 1996-cı il tarixli 14№ li Protokolu ilə təsdiq edilmişdir.  Страховое дело. Программа дисциплины «Страховое дело» для бакалавриата по специальности «финансы и кредит» Баку, 1998. Утверждена методическим Советом Аз.ГЭУ от 23 февраля 1998г., Протокол № 4. Sığorta işi . “Maliyyə” dərsliyində XIII fəsil. Bakı, 2001 Проблемы теории и практики страхового дело Программа дисциплины. Баку-2004 Sığorta təşkilatları fəaliyyətinin auditi. Fənn proqramı. ADİU EMŞ-nın 26.02.2006 tarixli iclasının 3 saylı protokolu. Bakı. 2006 Sosial sığorta. Fənn proqramı. ADİU EMŞ-nın 26.02.2006 tarixli iclasının 3 saylı protokolu. Bakı. 2006 Təkrarsığorta. Fənn proqramı. ADİU EMŞ-nın 26.02.2006 tarixli iclasının 3 saylı protokolu. Bakı. 2006 Sığorta işinin təşkili. Bakalavr pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 07.04.2011 il tarixli 545 saylı əmri ilə qrif verilmişdir. Bakı. 2011 Sığorta işinin nəzəri və təcrübi problemləri. Magistratura pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 30.12.2011 il tarixli 2210 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2012 Sığorta işinin təşkili. Bakalavr pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 07.04.2011 il tarixli 545 saylı əmri ilə qrif verilmişdir. Bakı. 2012 Təkmilləşdirilmiş yeni nəşr. Sığorta işi Fənn üzrə metodiki göstəriş.ARTəhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2014 61s. Sığortanın əsasları Fənn üzrə dərs vəsaiti. ADİU-nun nəşriyyatı. AR Təhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2015,118 səh. Sığorta iş:müasir kurs  Dərslik. ADİU-nun nəşriyyatı. AR Təhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2015. 462 səh. Vergölər və vergitutma” fənninin Proqramı. (Bakalavr dərəcəsi alan ali məktəb tələbələri üçün). Proqram AZDİU-nun Tədris Metodiki Şurasının 3 dekabr 2016-cı il tarixli 3 saylı Protokolu ilə təsdiq edilmlşdir. Bakı-2017 Sığorta işi. Ali məktəblər üçün  dərslik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.02.2018-ci il tarixli  F-121 № əmri ilə  təsdiq edilmişdir. Bakı 2018 ci il.416 səh. 26,0 ç.v V Monoqrafiya və toplu əsərlərdə məqalələri 1.Усиление роли финансово-кредитного механизма в развитии сельского хозяйства. «Проблемы совершенствования механизма хозяйствования в условиях перестройки. Сборник научных трудов. Баку, 1989. 2. Государственное страхование в системе АПК. Автореферат на соискание ученой степени к.э.н., Ленинград, 1988. 3.Dövlət sığortası və sığorta münasibətlərinin təkmilləşdirilməsi. Monoqrafiya, Bakı, “Azərnəşr”, 1993. 4.Kommersiya banklarında kredit resurslarının təşkili və kredit risklərinin sığortası Monoqrafiya. Bakı, “Azərnəşr”, 2000. 5. Sığorta işi: sığortaçının maliyyə potensialı və sığorta resurslarının idarəedilməsi. Monoqrafiya. Bakı, “Azərnəşr”, 2003.

Damət

Damət  Bağırov

İqtisadiyyat Məktəbi

Professor, İqtisad elmləri doktoru

Damət Bağırov 1961-ci ildə may ayının 5-də Zərdab rayonunun Xanməmmədli kəndində anadan olmuş, 1978-ci ildə həmin rayonda orta məktəbi bitirmişdir.  1978-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1985-ci ildə institutu bitirmişdir. 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi, 1997-ci ildə dosent elmi adı alıb. 1995-1998-ci illərdə Sank-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin doktoranturasında oxuyub. 1998-ci ildə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetində – 08.00.10 «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. Elə həmin ildə Rusiya Federasiyasının Dövlət Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. 2000-ci ildə AR Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomunu alıb. 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb. ƏMƏK FƏALİYYƏTİ: İnstitutu bitirdikdən sonra Dövlət Aqrar Sənaye Komitəsinin baş elm idarəsində aparıcı iqtisadçı vəzifəsində çalışıb. 1989-1994-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda tədris laboratoriyasının müdiri, müəllim vəzifələrində çalışıb. 1994-1995-ci illərdə «Tuqay» (indiki “Bank of Baku”) kommersiya bankının idarə heyətinin sədri vəzifəsində işləyib. 1995-1999-cu illərdə Xətai rayonu üzrə Dövlət Vergi Müfəttişliyində baş dövlət vergi müfəttişi, şöbə rəisi, rəis müavini  vəzifələrində işləyib. 1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad İnstitutunun «Maliyyə» kafedrasının 0,5 ştatla dosenti vəzifəsində işləyib. 2000-ci ilin fevral ayından AR İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentində baş mütəxəssis, baş məsləhətçi, şöbə rəisi vəzifəsində işləyib. 2001-ci il avqust ayından İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasının professoru (0,5 ştat) vəzifəsində işləmişdir. 2005-ci ilin fevralından «Vergi və vergiqoyma» kafedrasının tam ştatla professoru və Maliyyə fakültəsinin dekanı vəzifəsində çalışıb. 2008-2009-cu illərdə universitetin tədris işləri üzrə prorektoru və  «Maliyyə» kafedrasının müdiri vəzifəsində işləyib. 2009-2010-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib. 2018-ci ilə kimi UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektor vəzifəsində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 24.04.2006-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə, Təhsil Nazirinin 11/927 saylı 27.09.2011-ci il tarixli  əmri ilə AR Təhsil Nazirliyinin Fəxri Fərmanı  ilə təltif olunub. 11 monoqrafiya və dərs vəsaitinin, 14 tədris proqramı və metodik göstərişin, 70-dən çox elmi məqalələrin müəllifidir. Аудит. 68 ст. Баку Шарг-Гарб, 1996. Налоговая проверка. 153 ст. Баку-1997 Финансовый рынок Азербайджана и аудит его небанковских институтов. 140 ст. СПб.: Изд-во СПбГУЭФ, 1997 Основы аудита в условиях перехода к рыночной экономике. 95 ст. СПб.: Изд-во СПбГУЭФ, 1997. Vergi auditi. 425 s. Bakı 1999-cu il, dərslik. Vergi nəzarəti. 412 s. Bakı , 2006-cı il, dərslik Корпоративные финансы. 154 ст. Учебное пособие. Баку — 2010 "Maliyyə" Dərs vəsaiti. 384 s., Bakı "İqtisad Universiteti" nəşriyyatı, 2011.

Mansur

Mansur  Mədətov

İqtisadiyyat Məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Mədətov Mansur Akif oğlu 12 yanvar 1976-cı il Ağdaş şəhərində anadan olmuşdur. 1983-1993-cü illər BDU-nun nəzdində fizika, riyaziyyat və informatika təmayüllü litseydə orta təhsil almışdır. 1993-1997-ci illər Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Azərbaycanda neft kontraktlarının rolu və xüsusiyyətləri”). 2000-2003 Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikintinin iqtisadiyyatı fakültəsinin İnşaatın iqtisadiyyatı kafedrasında aspirant olmuşdur. 2007-ci ildə “Daxili bazar, onun formalaşması və qorunması problemləri” elmi işini uğurla müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. AMEA-nın İqtisadiyyat İnstitutunun doktorantıdır. “İnsan kapitalından istifadənin iqtisadi səmərəliliyinin ölçülməsi və yaxşılaşdırılması” mövzusunda yazdığı doktorluq dissetasiyası müzakirə üçün təqdim edilmişdir. 1998-2007-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində mühasib, 2007-2021-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət Komitəsində ekspert, 2021-ci ildən isə Bakı Biznes Universitetinin İqtisadi nəzəriyyə kafedrasının müəllimidir. Hazırda Qərbi Kaspi Universitetinin Ümumi iqtisadiyyat kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır. nəşr olunmuş monoqrafiya: Ümumdünya Ticarət Təşkilatı və daxili bazarın qorunması. Bakı 2008. 148 s. Web of science indekslənmiş nüfuzlu elmi jurnallarda məqalə nəşrləri:  Measuring the effectiveness of investment in education. Proceedıngs of the 7-th International Conference on Control and optımızatıon wıth ındustrıal applıcatıons. Volume I. 26-28 August, Baku, 2020. p. 236-238. Problems of measuring human capital. Proceedıngs of the 7-th International Conference on Control and optımızatıon wıth ındustrıal applıcatıons. Volume II. 26-28 August, Baku, 2020. p. 224-226. Digər elmi jurnallarda nəşrlər İnsan kapitalı inkişaf amili kimi. Beynəlxalq hüquq və inteqrasiya problemləri. Elmi-analitik və praktiki jurnal. № 1 (41). Bakı 2015. s. 185-189. İnsan kapitalı konsepsiyasının formalaşmasına yanaşmalara dair. Tikintinin iqtisadiyyatı və menecment. Elmi-praktiki jurnal. № 1. Bakı 2016. s. 42-48. Человеческий капитал в системе образования. Наука и бизнес: пути развития. Научно-практический журнал. № 11(65). Москва 2016. с. 46-49. İnsan kapitalı konsepsiyasının yaradılması və onun kəmiyyət qiymətləndirilməsinə yanaşmaların təhlili. Azərbaycanın vergi jurnalı. Beynəlxalq resenziyalı elmi jurnal. № 1 (133). Bakı 2017. s. 113-126. İş qüvvəsinin təkrar istehsalına baxışlara dair. Audit. № 2. Bakı 2017. s. 82-91. İnsan kapitalı və onun əhalinin gəlirlərinin artımına təsirinin qiymətləndirilməsi. Kooperasiya. Elmi-praktiki jurnal. № 4 (47). Bakı 2017. s. 101-110. Methods of Measurement and Evaluation of Human Capital. Евразийский Союз Ученых (ЕСУ). Ежемесячный научный журнал. № 12(45) / Москва 2017. 2 часть. c. 13-15. İnsan kapitalının ölçülməsinə dair yanaşmaların analizi. İnformasiya cəmiyyəti problemləri. Bakı, 2018, № 2. s. 41-51. Contradiction in the measurement of human capital. International law and integration problems (Scientific-Analytical journal). Baku, № 1 (53) 2018. p. 33-37. Əhali gəlirlərinin diferensiasiyası amillərinin təhlili. Kooperasiya. Elmi-praktiki jurnal. № 3 (50). Bakı 2018. s. 122-128. İnsan kapitalı və gəlirlərin bölgüsü problemi. Audit. Elmi-praktiki jurnal. Cild 19, № 2. Bakı 2018. s. 39-48. İnsan kapitalının iqtisadi səmərəliliyinin yaxşılaşdırılması. Geostrategiya. Aylıq ictimai-siyasi, elmi-populyar jurnal. № 01 (49) yanvar-fevral 2019. s. 38-41. İnsan kapitalının formalaşmasında ailənin rolu. Kooperasiya. Elmi-praktiki jurnal. № 1 (52). Bakı 2019. s. 133-140. İnsan kapitalının səmərəliliyi ilə iqtisadi artım arasında qarşılıqlı əlaqə. Audit. Elmi-praktiki jurnal. Cild 23, № 1. Bakı 2019. s. 58-71. İnsan kapitalının inkişafına təsir edən amillər: nəzəri yanaşmalar (müzakirə təriqilə). Azərbaycan neft təsərrüfatı. № 6-7. Bakı 2019. s. 70-78. Konfranslarda iştirak: İnsan kapitalının qiymətləndirilməsinə yanaşmalar. Görkəmli iqtisadçı alim, i.e.d., prof., dövlət mükafatı laureatı Şamil Əliabbas oğlu Səmədzadənin 80 illiyinə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunda innovasiya fəaliyyətinin genişləndirilməsi” mövzusunda respublika elmi konfransının materialları. Bakı 2016. s. 266-268 İşçilərin təhsil səviyyəsinin ÜDM istehsalına təsirinin qiymətləndirilməsi. Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: Hesabatlılıq və şəffaflıq problemləri (beynəlxalq elmi-praktik konfrans). Bakı, 21-23 sentyabr 2017-ci il. s. 290-291. İnsan kapitalına “ailə” investisiyalarının təhlili. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları. Bakı 2018. s. 796-800. The relationship between human capital and economic growth. V Международная Конференция «Инновации в современной науке». г. Киев, 29 июня 2019 года. c. 28-37. Человеческий капитал и экономическая эффективность. “EurasiaScience” XXXV Международная научно-практическая конференция. г. Москва, 15 февралья 2021 года. с. 204-206.

Azər

Azər  Hüseynov

İqtisadiyyat Məktəbi

Texnika elmləri üzrə fəlsəfə doktoru

Hüsеynоv Аzər Ədаlət  оğlu 1972-ci ildə Bakı şəhərində anadan olmuş, 1986-cı ildə Bakı Yeyinti Sənaye Texnikumuna daxil olmuş və 1990-cı ildə “Qənnadı məmulatlarının istehsalı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Konservləşdirmənin texnologiyası” fakültəsinə daxil olmuşdur. 1992-ci ildə Bаkı Əmtəəşünаslıq-Kоmmеrsiyа Institutunun «Əmtəəşünаslıq» fаkültəsində təhsilini davam etdirmiş və 1996-ci ildə “Yüksək ixtisaslı əmtəəşünas”  diplomu almışdır. 1998 –ci ilin  dеkаbr аyındаn «Ərzаq mаllаrı əmtəəşünаslığı» kаfеdrаsının dissеrtаntı təyin еdilmişdir.       2000/2001–ci  tədris ilində Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin  «Ərzаq mаllаrı əmtəəşünаslığı» kаfеdrаsındа sааt hеsаbı dərs yükünü yеrinə yеtirib, 2001 –ci ilin sеntyаbr аyındаn əvvəlcə аssistеnt, 2006-cı ildən isə baş müəllim vəzifəsində işləmişdir. 2003-cü ildə Rusiya Dövlət Ticarət – İqtisad Universitetinin doktorluq şurasında “Azərbaycanda istehsal olunan çörək-kökə məmulatının istehlak xassələrinə bitki mənşəli əlavələrin təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “texnika elmlər namizədi” alimlik dərəcəsi diplomu almışdır. 26 yanvar 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Təkrar Attestasiya”-dan keçmiş və texnika elmlər namizədi alimlik dərəcəsi diplomu verilmişdir.  2007-ci ilin may ayından Аzərbаycаn Dövlət İqtisаd Univеrsitеtinin rektorunun əmri ilə «Ərzаq mаllаrı əmtəəşünаslığı və ekspertizası» kаfеdrаsında dosent vəzifəsini icra edir. Hüsеynоv Аzər Ədаlət оğlu pedaqoji-tədris fəaliyyəti ilə yanaşı elmi tədqiqatlarla da məşğul olur, 40-dən çox elmi əsərin, o cümlədən 1 mоnоqrаfiyа, 1 dərslik, 3 dərs vəsaiti və bir neçə metodik göstəriş və proqramların müəllifidir.       Əsas elmi nəşrlər: Bitki mənşəli ərzaq malları əmtəəşünaslığı praktikumu. Dərs vəsaiti Azərbaycan Dövlət İqtisad Universiteti dərslikləri Bakı-2007 Heyvanat mənşəli ərzaq məhsulları əmtəəşünaslığı kursu üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə dair metodik göstərişlər.Bölmələr:Yeyinti yağlar, süd və süd məhsulları. metodik göstərişlər. Azərbaycan Dövlət İqtisad Universiteti nəşriyyatı Bakı-2009 Qənnadı mallarının əmtəəşünaslığı Dərslik. Azərbaycan Dövlət İqtisad Universiteti nəşriyyatı Bakı-2010 Yeyinti xammalının əmtəəşünaslığı və anatomiyası. Dərs vəsaiti. Azərbaycan Dövlət İqtisad Universiteti nəşriyyatı Bakı-2018 Экспертиза продовольственных товаров растительного происхождения. Dərs vəsaiti. Azərbaycan Dövlət İqtisad Universiteti nəşriyyatı Bakı-2020   

Murad

Murad  Hacıyev

İqtisadiyyat Məktəbi

Müəllim

Hacıyev Murad Zaman oğlu 24 sentyabr 1983-cü ildə Qubadlı rayonunda anadan olub. Orta məktəbin ilk 4 ilini Yusifbəyli kənd məktəbində oxumuşdur. 1993-cü ildə rayon ermənilər tərəfindən işğal olunduğundan orta məktəbi məcburi köçkün olaraq Bakı şəhəri Sabunçu rayonu 155 saylı məktəbdə bitirmişdir. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. 2004-cü ildə universitetinin Ümumi İqtisadiyyat ixtisaslı İqtisadiyyatın Tənzimlənməsi fakültəsini bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xaricdə təhsil - Dövlət Proqramı” çərçivəsində Türkiyə Cumhuriyyətində magistr təhsili almışdır. 2004-2005-ci illərdə İstanbul Universitetində TÖMER proqramını bitirmişdir. 2005-2008-ci illərdə Marmara Universitetində İktisat Politikası magistr proqramını üzrə “1991 yılından günümüze Azerbaycan Merkez Bankası ve uyguladığı para politikaları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2009-2016-cı illər arası bank, menecer, gömrük brokeri, maliyyə auditi kimi müxtəlif işlərdə çalışmışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsində kiçik elmi işçi kimi çalışmışdır. 2017-ci ilin sentyabr ayından Qərbi Kaspi Universiteti İqtisadiyyat Kafedrasında müəllim kimi çalışır. 2018-ci ildən həmin unuversitetin dissertanturasına qəbul olmuşdur. Eyni zamanda 2018-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində yarımştat, 2022-ci ildən Bakı Avrasiya Universitetində saathsabı müəllim olaraq çalışır. Murad Zaman oğlu Hacıyev 2017-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinin qalibi olmuşdur. Müəllifin 4-ü xaricdə olmaqla ümumilikdə 16 elmi əsəri (12 məqalə və 4 tezis) və Makroiqtisadiyyat fənni üzrə 1 tədris proqramı çap olunmuşdur.  Hazırda Qərbi Kaspi Universitetinin dissertantıdır. Universitetlərdə “Makroiqtisadiyyat”, “Mikroiqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi”, “Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması”, “İqtisadiyyata giriş”, “İqtisadiyyat”, “Azərbaycan İqtisadiyyatı” kimi fənləri tədris edir. 1. Maliyyə savadlılığının insanların maliyyə davranışına təsiri Məqalə AMEA İqtisadiyyat İnstitutu “Elmi Əsərlər” jurnalı. 2. Davamli və rəqabətqabiliyyətli iqtisadi inkişaf: texnologiyalar və innovasiya Məqalə Sumqayıt Dövlət Universiteti “Elmi xəbələr” məcmuəsi Respublika Elmi Konfransı özəl sayı 3. Qanunvericilikdəki dəyişikliklərlə lisenziyalaşdirma indeksi arasinda əlaqə Məqalə Qərbi Kaspi Universiteti "Elmi Xəbərlər” jurnalı 4. Səhiyyə maarifliliyi və dövlətin səhiyyə xərcləri Məqalə Qərbi Kaspi Universiteti "Elmi Xəbərlər” jurnalı 5. Azərbaycanda pul siyasəti, qiymət sabitliyi və iqtisadi inkişaf   Məqalə “İqtisadi Artim və İctimai Rifah” Mövzusunda Beynəlxalq elmi-praktik konfrans materialları AMEA İqtisadiyyat İnstitutu 60 il   6.   Dəyişən neft qiymətlərinin Azərbaycanda makroiqtisadi göstəricilər üzərindəki təsirləri   Məqalə Azərbaycan Turizm və Menecment Universiteti "Müasir Dövrdə Effektiv İdarəetmənin Problemləri" mövzusunda elmi-praktiki konfransın materialları kitabı 7 Pul-kredit siyasətinin transmissiya mexanizmləri   Məqalə AMEA İqtisadiyyat İnstitutu “Elmi Əsərlər” jurnalı. 8  Qlobal iqtisadi böhranlar şəraitində pul siyasəti   Məqalə Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı 9. Концептуальные основы экономического роста Məqalə (rus.) Финансовый бизнес Научно-аналитический журнал 10. Ekonomik büyüme teorileri Məqalə Euroasia journal of social sciences & humanities 11. Determining the sensitivity of the Azerbaijani economy to the global crisis Məqalə (ing.) 5th INTERNATIONAL NEW YORK CONFERENCE ON EVOLVING TRENDS  IN INTERDISCIPLINARY RESEARCH & PRACTICES Manhattan, New York City Online Presentation via Zoom Meetings 12. Evaluation of the effectiveness and efficiency of monetary policy in Azebaijan Məqalə (ing.) Финансовая экономика Всероссийский научно-аналитический журнал 13. Strateji yol xəritəsində pul-kredit siyasəti Tezis Qərbi Kaspi Universiteti. Gənc Tədqiqatçıların Elmi-Praktik Konfransının MATERİALLARI 14. The role of energy in sustaınability economic growth Tezis 1st International Scientific and Practical Internet Conference “Way Science”   15. Monetar Siyasətin Kənd Təsərrüfatının İnkişafına Təsiri   Tezis “Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda respublika elmi konfransı Qərbi Kaspi Unuversiteti 16. Monetary policy relationship with agriculture Tezis   Azerbaijan Tourism and Management University 17. “MAKROİQTİSADİYYAT” fənni üzrə   Proqram Azərbaycan Turizm və Menecment Universiteti İqtisadiyyat Kafedrası  

Ramil

Ramil  Quliyev

İqtisadiyyat Məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Quliyev Ramil Hacırza oğlu 14 aprel 1977-ci il Bakı şəhərində anadan olmuşdur. 1983- cü ildə Bakı şəhəri, Xətai rayonu 261 nömrəli məktəbdə orta təhsilnə başlamış. 1993-cü ildə təhsilini başa vurmuşdur.  1993-1997-ci illər Azərbaycan Dövlət İqtisad İnstitunun Menecment fakültəsində bakalavr, 1997-1999-cu illərdə magistr təhsili almışdır. 2011-ci ildə İqtisad üzrə fəlsəfə doktoru elmi adı almışam (Elmi işin adı: “Azərbaycanın Respublikasının gömrük fəaliyyətinin idarə edilməsində informasiya texnologiyalarından istifadə problemləri”). 2018-ci ildə Dosent elmi adını almışam. 2012- ildən Azərbaycan Texniki Universitetində İqtisadiyyat və statistika kafedrasında dosent vəzifəsində çalışıram.  Hal-hazırda Qərbi Kaspi Universitetinin Turizm və sahələrin iqtisadiyyatı kafedrasında dosent vəzifəsində çalışır.  Əsas elmi nəşrlər:  - R.H.Quliyev “İnsan resurslarının idarə edilməsi” Dərslik, Bakı 2022 - R.H.Quliyev “Menecmentin informasiya sistemləri” Dərs vəsaiti Bakı 2018 - R.H.Quliyev “Korporativ social məsuliyyət” Dərs vəsaiti Bakı 2017 - R.H.Quliyev “İqtisadi informatika və iqtisadiyyatda informasiya texnologiyaları” Bakı 2017 - R.H.Quliyev “Küresel ekonomide kurumsal sosyal sorumluluk” TURAN-SAM: TURAN Stratejik Araştırmalar Merkezi * TURAN-SAM Uluslararası Bilimsel Hakemli Dergisi; p-ISSN: 1308-8041, e-ISSN: 1309-4033; Yıl: 2022; Ay: Mart; Cilt: 14/KIŞ, Sayı: 53 - R.H.Quliyev “İslam ölkələrinin timsalında biznesin sosial məsuliyyəti və korporativ sosial məsuliyyət modellərinin müqayisəli təhlili” AzMİU, “Tikintinin iqtisadiyyatı və menecment” jurnalı № 4-2021 - R.H.Quliyev “Təşkilatda korporativ sosial məsuliyyət strategiyasının formalaşması” Mingəçevir Dövlət Universiteti “Davamlı inkişaf strtegiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər”, Beynəlxalq elmi konfrans (10-11dekabr 2021)