Qərbi Kaspi Universiteti

Müəllimlər

Səfər

Səfər  Pürhani

Biznes Məktəbi

Professor, İqtisad elmlər doktoru, Turizm və sahələr iqtisadiyyatı kafedrasının müdiri

Mən, Pürhani Səfər Həsən oğlu 15 avqust 1957-ci ildə Gəncə (keçmiş Kirovabad) şəhərində anadan olmuşam. 1964-cü ildə birinci sinifə getmişəm və 1974-cü ildə Gəncə şəhəri 25 saylı orta məktəbi bitirmişəm. 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya institutuna "Avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisasına qəbul olunmuşam.1979-cu ildə institutu müvəffəqiyyətlə bitirmişəm və 1980-ci ildə Neft və Kimya institutunun aspiranturasına qəbul olunmuşam. 1984-cü ildə aspiranturanı bitirmişəm.  Əmək fəaliyyətinə 1972-ci ildən Gəncə şəhəri Rabitə qovşağında poçtalyon kimi başlamışam.Ali təhsilimi başa vurduqdan sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis kimi çalışmışam.1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə (Kirovabad) filialında mütəxəsis kimi əmək fəaliyyətimi davam etdirmişəm. 1981-1989-cu illərdə Azərbaycan Texnologiya İnstitutunda lobarant,lobaratoriya müdiri,assistent və dekan müavini vəzifələrində çalışmışam.1989-1991-ci illərdə Kənd Təsərrüfatı Akademiyasında kafedra müdiri, 1991-1997-ci illərdə Gəncə Elektron Sənaye Texnikumunun direktoru, 1997-2001-ci illərdə Gəncə Dövlət Humanitar Kollecinin direktoru, 2001-2002-ci illər Təfəkkür Universitetinin prorektoru, 2002-2003-cü illər Yazar LTD-nin direktoru, 2003-2007-ci illər Odlar Yurdu Universitetində professor,dekan, prorektor vəzifələrində çalışmışam.Bu illərdə eyni zamanda Milli Aviasiya Akademiyasında 0.5 ştat professor vəzifəsində tədrislə məşğul olmuşam. 2007-2010-cu illər Milli Aviasiya Akademiyasının professoru, 2010-2019-cu illər kafedra müdiri vəzifələrində çalışmışam. 2018-ci ildən Dövlət Gömrük Komitəsinin Akademiyasında saat hesabı müəllim,2019-cu ildən hal-hazıra qədər professor vəzifəsində əmək fəaliyyətimi davam etdirirəm.             1987-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda elmlər namizədi, 1993-cü ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyalarını müdafiə etmişəm.İqtisad elmləri doktoru, professoram.90-dan çox elmi məqaləm,bir monoqrafiyam, üç dərsliyim, iki dərs vəsaitim çap edilib. Beynəlxalq və Pespublika əhəmiyyətli konfranslarda məruzələrlə çıxışlar etmişəm. Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə (1986,2000), SSRİ Təhsil Nazirliyinin təşəkkürü və pul mükafatı ilə (1987), Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə (2022) təltif edilmişəm.  Əsas elmi nəşrlər: ·         “Hesablama texnika vasitələrinin bazarlarının təşkili”  Monoqrafiya - 1991 ·         “İqtisadiyyat” Dərslik Bakı – 1997 ·         “İzahı iqtisadi terminlər lüğəti” I-II cild – 2004 ·         “Qısa izahlı iqtisadi terminlər”  2005 ·         “Mülki aviasiyanın iqtisadiyyatı” Dərslik – 2012 ·         “Dünya iqtisadiyyatı” Dərslik I-II cild – 2015 ·         “Beynəlxalq iqtisadiyyat” Dərs vəsaiti  - 2016 ·         “İstehsalın təşkili və menecmenti” Dərs vəsaiti – 2017 ·         “Gömrük nəzarəti” Dərslik - 2021

Gülnarə

Gülnarə  Hacıyeva

Biznes Məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

1982-ci ildə Bünyadzadə adına Xalq təsərrüfatı İnstitutunun (hazırki UNEC) uçot-iqtisad fakultəsini əlaçı diplomu ilə bitirib. 1986-cı ildə AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmləri namizədi (hazırki iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb. 2006-cı ildə AAK tərəfindən dosent adına layiq görülüb. 1999 (avqust-noyabr) “Holland sindromu problemi” üzrə ABŞ-nın Oklahoma ştatının Oklohoma Universitetində apardığım tədqiqata görə Universitetin diplomuna layiq görülüb. Elmi nəşrlər Ümumilikdə 70-ə yaxın elmi-tədqiqat işinin müəllifidir. Onlardan 20-ə qədəri xarici nəşrlərdə, digərləri isə yerli nəşrlərdə dərc olunmuşdur.  Son dövrlərdə xaricdə dərc olunan məqalələr - Modeling The Impact Of Innovation On Industrial Competitiveness And Regulation Of Leasing Relations (7th International conference Science and society – Methods and problems of practical application 15th February 2019 Vancouver, Canada); The problem of migration of the Turkish people and labor market liberalization(XV International Scientic and Practical Conference «Social and Economic Aspects of  Education in Modern Society» July 25, 2019 Warsaw, Poland);  Yerli jurnallarda - Azərbaycanın sənaye siyasəti dövlətin iqtisadi inkişafda iştirakının mütləq atributudur (QƏRBİ KASPİ UNİVERSİTETİ ELMİ XƏBƏRLƏR İctimai və texniki elmlər seriyası SAY 3 – 2018.); Dərs vəsaiti - Управленческий учет. Учебное пособие.Баку.2017 (həmmüəlliflə); İdarəetmə uçotu, Metodiki vəsait.Bakı.2018 (həmmüəlliflə); Maliyyə, mühasibat üçotu və audit ixtisasları üzrə 20-ə qədər proqram və metodik vəsaitin müəllifiyəm. Almaniya, Kanada, Polşa, Rusiya,Ukrayna,Kazaxstanda keçirilən elmi-praktik konfranslarda məqlələrim dərc edilmişdir. 2006-ci ildən Qərbi-kaspi Universitetinin dosenti vəzifəsində çalışıram.

Nərminə

Nərminə  Qarayeva

Biznes Məktəbi

Texnika elmləri üzrə fəlsəfə doktoru

Nərminə Qarayeva 1984-cü ildə Bakı Dövlət Universitetinin Tədbiqi Riyaziyyat Fakultəsini bitirib. Texnika elmləri üzrə fəlsəfə doktorudur. (1994) https://search.rsl.ru/ru/record/01000296542 Nərminə Qarayevanın neft-qaz və təbii ehtiyatlar və resurslar sahəsi üzrə müxtəlif yerli və beynəlxalq şirkətlərdə, eləcə də akademiya və universitetlərdə 35 ildən çox aparıcı vəzifələrdə çalışıb, təcrübə qazanıb.  2016-cı ildən müxtəlif universitetlərdə, o cümlədən İsveçrənin Cenevrə Biznes Məktəbi və Azərbaycanda Bakı Ali Neft Məktəbində daxil olmaqla dosent  vəzifəsində çalışıb.   Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot-Vatt Universite və həmçinin Cenevrə Biznes Məktəbi ilə birgə ikili diplom Proqramı çərçivəsində Neft Mühəndisliyi, Quyuların Sınaq Təhlili, Neft İqtisadiyyatı, Biznesə giriş və davamlılıq, Neft-qaz sənayəsində layihələrin  idarə edilməsi, Layihələrin risk və qeyri-müəyyənlik təhlili və idarə edilməsi və digər fənləri tədris edib.   Nərminə Qarayevanın müəllifi olduğu “Birləşmiş Millətlər Təşkilatının Resursların Çərçivə Təsnifatının (UNFC) Azərbaycandakı Karbohidrogen Ehtiyatlarına Tətbiqinin Qiymətləndirilməsi” layihəsi 2021-ci ildə qrant müsabiqəsinin doqquz qalibindən biri olub.    Nəşrlər: https://doi.org/10.2118/207055-MS https://doi.org/10.2118/95419-MS https://ant.socar.az/article/2137 DOI: 10.37474/0365-8554/2022-08-5-14 Методическое руководство по гидродинамическим, промыслово-геофизическим и физико-химическим методам контроля разработки нефтяных месторождений. https://files.stroyinf.ru/Data2/1/4293828/4293828854.pdf (Караева Н.Т.) Монография cоавтор: «Фильтрационные процессы и идентификация параметров в многопластовых месторождениях» соавтор  https://www.gia.az/view.php?lang=ru&menu=40&id=407 ve s. https://unece.org/sites/default/files/2022-01/UNFC%20Petroleum%20Specifications%202021.pdf

Əşrəf

Əşrəf  Həsənov

Biznes Məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Həsənov Əşrəf Əbülfəz oğlu 16.06.1951-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə Sabir adına Sabirabad şəhər orta məktəbində təhsil almışdır. 1968-1972-ci illərdə Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1976-1978-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda “Aqrar bölmədə uçot və proqnoz göstəricilərinin EHM-də emalı modelləri” üzrə 2 illik stajartırma kursunu bitirmiş, Elmi Şuranın qərarı ilə əyani aspiranturaya tövsiyə edilmişdir. 1978-1981-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda əyani aspiranturada təhsil almış, 1983-cü ildə “Azərbaycanda aqrar- sənaye birliklərinin optimal strukturunun riyazi modelləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və “iqtisad elmləri namizədi” elmi dərəcəsi almışdır. 1982-1990-cı illərdə AzSSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzində -proqramçı, sektor müdiri, şöbə müdiri, direktor müavini işləmiş, 1990-cı ildən 1998-ci ilə qədər direktor vəzifəsində çalışmışdır. 1998-2003-cü illərdə kənd təsərrüfatı nazirinin iqtisadi müşaviri işləmiş, 2003-2005-ci illərdə lisenziyalı auditor, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin köməkçisi, 2013-2015-ci illərdə Baş Nazir müavininin köməkçisi işləmişdir. 2015-ci ilin dekabr ayından pensiyadadır.Dövlət qulluğunun baş müşaviridir. 1982-2013-cü illərdə Neft-Kimya Akademiyasında, UNEC-də, Bakı Biznes Universitetində Mühasibat uçotu, İdarəetmə uçotu,Maliyyə bazarları fənləri üzrə saat hesabı qaydada dərslər demişdir. Hazırda Qərbi Kaspi Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasında müəllim işləyir.Bəzi elmi nəşrlər: 1. Həsənov Ə.Ə. Rəqəmsal iqtisadiyyata keçid və bakalavr təhsili poblemləri. AR Dövlət Statistika Komitəsinin elmi-praktiki konfransının materialları. 22.11.2019 HASSANOV ASHRAF. Features of the economic development model of Azerbaijan and the problems of economic security of enterprises. The scientific and pedagogical news. 2020, № 55. Гасанов Ащраф Абульфаз оглы. Особенности подхода к экономическому и социальному развитию освобожденных земель Азербайджана. Материалы научно-практической конференции Азербайджанского Союза Экономистов. 10.02. 2021 Гасанов Ащраф Абульфаз оглы.   Основные направления социально-экономического развития Азербайджанской Республики в посткризисном периоде. Материалы Международной научно-практической Конференции Полтавского Государственного Университета(Украина). 07.05.2021. Həsənov Ə.Ə.  Rəqəmsal iqtisadiyyat şəraitində «Audit»  fənninin tədrisinin aktual məsələləri. AR Auditorlar Palatasının  elmi-praktiki konfransının materialları. 01.09.2021.                                         Həsənov Əşrəf Əbülfəz oğlu. Azərbaycanda turizmin inkişafında innovasiya menecmenti. Qərbi KaspiUniversitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022 Гасанов Ащраф Абульфаз оглы.      Приоритетные проблемы регулирования финансовых рынков. Qərbi Kaspi  Universitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022                                                  

Rasim

Rasim  Abbasov

Biznes Məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

İqtisadiyyat kafedrasının müəllimi Azərbaycan Dövlət İqtisad Universitetində 2004-cü ildə bakalavr dərəcəsi üzrə təhsilini tamamlayıb  diplom almışdır. 2013 cü ildə ADİU də magistratura dərəcəsi üzrə  təhsilini  “Kommersiya” ixtisası istiqamətində  fərqlənmə diplomu ilə  bitirib. 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. İqtisad üzrə fəlsəfə doktorudur. 2010-2016-cı illərdə ƏƏSMN yanında DMX-nin Nizami rayon məşğulluq mərkəzində mütəxəssis, peşə və iqtisadi məsələlər üzrə məsləhətçi vəzifə funksiyalarını yerinə yetirmişdir. 2017-2018 ci illərdə KTN, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 2018-ci ildən bu günədək Qərbi Kaspi Universitetinin İqtisadiyyat kafedrasında müəllim vəzifəsində işləyir. Tədris etdiyi fənnlər “İdarəetmə Nəzəriyyələri” “Dövlət Qulluğu” “Dövlət İdarəetmə Nəzəriyyələri” “İqtisadiyyata giriş” “Mikroiqtisadiyyat” “Beynəlxalq iqtisadiyyat” “Maliyyə və İnvestisiyalar” və digər fənnlər. Elmi Nəşrlər: R.C.Abbasov ikisi xaricdə dərc edilməklə 18 elmi məqalənin müəllifidir. Avropa İttifaqının dəstəyi ilə fasilitatorlar üçün Məntiqi Struktur Yanaşma (MSY) proqramı üzrə kursları müvəffəqiyyətlə tamamlayaraq diplom almışdır. Aqro-X layihəsi üzrə uğurlu iştiraka görə sertifikatla təltif edilmişdir. Qərbi Kaspi Universitetinin “Turizm və sahə iqtisadiyyatı” kafedrasının müəllimi   i.ü.f.d, Rasim Cavan oğlu Abbasovun elmi məqalələri. 1.”Bazar iqtisadi sistemində biznes fəaliyyəti”  məqalə. Elmi Konfransın materialları Sumqayıt Dövlət Universiteti- 2012 2.”Heydər Əliyev-Azərbaycanın iqtisadi inkişafının banisidir” məqalə. Elmi Konfransın materialları. Sumqayıt Dövlət Universiteti-2013 3 “Azərbaycanda biznes fəaliyyətinin inkişafı dünyanın nüfuzlu nəşrlərində” məqalə.Sumqayıt Dövlət Universiteti -2013. 4. “Sənaye binalarının tikintisində hirofob portlandsementinin iqtisadi cəhətdən əlverişliliyi” məqalə. Azərbaycan Texniki Universiteti.Bakı-2016 5. “Tikinti işlərində korroziyaya qarşı mübarizə tədbirlərinin iqtisadi aspektlər” məqalə. Azərbaycan Texniki Universiteti.Bakı -2016 6 “Müasir dövrdə Azərbaycanda demoqrafik vəziyyətin idxalın dövlət tənzimlənməsinə təsiri məsələləri”.Sumqayıt dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti.İqtisadiyyatın davamlı İnkişafı problemlər perspektivlər. Beynəlxalq elmi konfransın materialları II hissə 27-28 aprel 2016 cı il, s. 527-529. 7. “Dünya ölkələrində demoqrafik vəziyyətin təsiri kontekstində idxalın dövlət tənzimlənməsi təcrübəsi” İpək Yolu-Azərbaycan Universitetinin elmi jurnalı №3 səh 69-73. Bakı 2016 8. “Демографическое положение в Азербайджане в контекcте его влияния на государственное регулирование импорта”.”Научное Обозрение” Журнал ВАК РФ 2016 №16 стр72-76 РФ Москва-2016 9. “Problems of Influence of demographic situation of the Republic of Azerbaijan on state regulation of import”.Мультидисципларный научный журнал «Архивариус» Сборник научных публикаций XX Международная Научно-Практическая Конференция «Наука в Современном мире»(20мая2017г) 1 часть,г.Киев-2017,стр 66-71 10. “Azərbaycanda demoqrafik vəziyyətin idxalın dövlət tənzimlənməsinə təsirinin təkmilləşdirilməsi yolları”.Audit jurnalı.Bakı Biznes Universiteti,-2016 cı il. №3 səh 72-76 11. “Demoqrafik vəziyyətin idxalın dövlət tənzimlənməsinə təsiri məsələləri” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Gənclər və Elmi İnnovasiyalar”mövzusunda respublika Elmi-Texniki Konfransının materialları Azərbaycan Texniki Universiteti Bakı -2016. səhifə 474-475 12. “Demoqrafik vəziyyətin nəzəri aspektləri. Azərbaycanda mövcud sosial-iqtisadi demoqrafik vəziyyət” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Gənclər və Elmi İnnovasiyalar”mövzusunda respublika Elmi-Texniki Konfransının materialları Azərbaycan Texniki Universiteti Bakı -2016.səhifə 479-482 13. “Demoqrafik vəziyyətə uyğun idxalın tənzimlənməsi prosesləri:Türkiyədə idxalın tənzimlənməsi prosesləri.”Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Gənclər və Elmi İnnovasiyalar”mövzusunda respublika Elmi-Texniki Konfransının materialları Azərbaycan Texniki Universiteti. Bakı -2017.səhifə 354-355. 14. “Azərbaycanda demoqrafik vəziyyətə uyğun idxalın tənzimlənməsi və idxaləvəzedici sahələrin inkişafı məsələləri”Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Gənclər və Elmi İnnovasiyalar”mövzusunda respublika Elmi-Texniki Konfransının materialları Azərbaycan Texniki Universiteti Bakı -2017. Səhifə 355-356. 15. Demoqrafik inkişafın nəzəri aspektləri və əsas elementləri.”Əmək və Sosial Problemlər” Əmək və Sosial Problemlər üzrə elmi tədqiqat və Tədris Mərkəzi.Bakı 2016 səhifə 72-76 16. “Aqrar sahədə idxalın dövlət tənzimlənməsi”.Azərbaycan Aqrar elmi Elmi-Nəzəri jurnal Bakı-2018 17. “Aqrar sahənin inkişafına dair elmi baxışlar.” Az.KTN.Kənd təsərrüfatının iqtisadiyyatı elmi-tədqiqat institutunun elmi əsərləri №1 18. “Пути совершенствования государственное регулирование импорта”. Qərbi Kaspi Universitet Elmi xəbərlər jurnalı. Bakı 2019. 19.”Aqrar sahənin inkişaf istiqamətləri”.  Monoqrafiya. Hal-hazırda  bu mövzuda monoqrafiya  hazırlayıram.

Sadiq

Sadiq  Əfəndiyev

Biznes Məktəbi

İqtisad üzrə fəlsəfə doktoru

     Əfəndiyev Sadiq Qəhrəman oğlu 14 sentyabr 1978-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuşdur. İlk təhsilini 1984-1995-ci illərdə Aydınqışlaq kənd orta məktəbində almışdır. 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) “Mühəndis iqtisadiyyatı və idarə edilməsi” fakültəsinə qəbul olmuş və 1999-cu ildə “bakalavr” dərəcəsi alaraq akademiyadan məzun olmuşdur. 1999-cu ildə Akademiyanın bakalavr pilləsini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılmış və 2002-ci ildə ordu sıralarından zabit kimi ehtiyata buraxılmışdır. 2004-2005-ci il ərzində təhsilini artırmaq üçün Azərbaycan Müəllimlər İnstitutunun Riyaziyyat və informatika ixtisası üzrə əlavə təhsil almışdır. 2002-ci ildən 2015-ci illər arasında orta məktəblərdə Müdafiə Nazirliyinin təyini əsasında “Hərbi hazırlıq müəllimi”, daha sonra “Riyaziyyat müəllimi” və “Tədris işləri üzrə direktor müavini” vəzifələrində çalışmışdır.  S.Q.Əfəndiyev işlədiyi illər ərzində elmi-pedoqoji fəaliyyətini davam etdirmək məqsədilə 2008-ci ildə Azərbaycan Texnologiya Universitetinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2011-ci ildə “magistr” dərəcəsi almış və həmin ildə Azərbaycan Texnologiya Universitetinin “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə fəlsəfə proqramı üzrə doktorantura pilləsinə qəbul olmuşdur. 2014-cü ildə doktorantura pilləsini bitirmişdir.  Əfəndiyev Sadiq Qəhrəman oğlu doktorantura təhsilini bitirdikdən sonra 2015-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatına əsasən Azərbaycan Texnologiya Universitetində elmi pedoqoji fəaliyyətə başlamış və “Tədris Şöbəsində İnspektor” vəzifəsinə təyin edilmişdir. Daha sonra o, “Gənc müəllimlərin yetişdirilməsi bölməsinin rəhbəri” vəzifəsində çalışmış və 2016-cı ildən etibarən universitetdə “Magistratura və doktorantura şöbəsinin müdiri” vəzifəsinə təyin edilmişdir.  S.Q.Əfəndiyev 2015-ci ildən 2021-ci ilin sonunadək Azərbaycan Texnologiya Universitetində inzibati işi ilə yanaşı olaraq İqtisadiyyat və idarəetmə fakültəsinin “Sənayenin iqtisadiyyatı və idarə edilməsi” və “Menecment” kafedralarında 0,5 ştat vahidi ilə baş müəllim vəzifəsinə təyin edilmişdir. Universitetdə inzibati işlə yanaşı olaraq müəllim işlədiyi müddət ərzində bakalavr tələbələri üçün Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi, Əməyin iqtisadiyyatı və sosiologiyası və Ekonometrika fənlərini, magistrantlar üçün Biznes statistikası, Tədqiqat metodları, Əməliyyatlar menecmenti, Qərarqəbuletmədə tədqiqat metodları, Strategiya, təşkilat və innovasiya və Menecment iqtisadiyyatı fənlərini tədris etmişdir. Universitetdə tədris ilə yanaşı olaraq elmi fəaliyyətlə də məşğul olan S.Q.Əfəndiyev bir çox layihələrdə - Avropa İttifaqının TAIEX proqramında, “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” məqsədilə təşkil edilmiş Trining layihəsində, Dual (ikili) diploma Tədris planlarının uyğunlaşdırılması layihəsində, Azərbaycan Universitetlərində keyfiyyətin artırılması məqsədilə təşkil edilmiş EQAC Alicante Meeting Agenda layihəsində və digər bunun kimi layihələrdə iştirak etmişdir.  Layihələr çərçivəsində S.Q.Əfəndiyev Avropanın bir sıra ölkələrində - Türkiyədə, Polşada, Almaniyada, İsveçrədə, Avstriyada, Çexiyada, Latviyada, Litvada, Estoniyada və Gürcüstanda fəaliyyət göstərən universitetlərdə olmuşdur. Noyabr ayının 21-27 tarixlərində isə o, Fransada təşkil olunacaq “Azərbaycanda Rektorlar Konfransının yaradılması ECAR” (Establishiment of Rectors Conference in Azerbaijan) layihəsində iştirak etmişdir. 25 noyabr 2000-ci il tarixində Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi pedoqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir. S.Q.Əfəndiyev 2021-ci ilin dekabr ayından etibarən Qərbi Kaspi Universitetində “Elm şöbəsi”nin müdiri vəzifəsinə təyin edilmiş və 2022-ci ilin fevral ayından isə Menecment kafedrasının tam ştat hesablı müəllimi kimi çalışmağa başlamışdır. Hal hazırda o, kafedranın tam ştat müəllimidir və magistrantlara Biznes menecmenti, Tədqiqat metodları, Təşkilati davranış və Liderlik fənlərini tədris edir.  S.Q.Əfəndiyev elmi tədqiqat işi apardığı müddət ərzində müxtəlif beynəlxalq və respublika səviyyəli elmi-praktiki konfranslarda məruzə ilə çıxış etmiş və tədqiqatin nəticələri üzrə onun ümumilikdə 35 elmi əsəri, o cümlədən xaricdə impakt faktorlu jurnallarda 6 elmi məqaləsi və tezisi dərc edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.  Əsas elmi nəşrlər:  1    İnnovasiya yönümlü dayanıqlı iqtisadi inkişafın formalaşdırılmasında investisiya layihələrinin rolunun qiymətləndirilməsi    Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Universiteti “Müasir dünyada inteqrasiya və müqavimət prosesləri” Beynəlxalq Elmi Konfransı Bakı, 9 iyun 2012, s. 13-15 2    Инновации - основа национальной экономики в условиях глобализации    Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Universiteti “Müasir dünyada inteqrasiya və müqavimət prosesləri” Beynəlxalq Elmi Konfransı Bakı, 9 iyun 2012, s. 158-162 3    Инновации как основной фактор экономического развития    Azərbaycan Respublikası Təhsil Nazirliyi,  AMEA-nın İqtisadiyyat İnstitutu, Sumqayıt Dövlət Universiteti. “İnnovasiya yönümlü inkişafın sosial-iqtisadi problemləri” Beynəlxalq Elmi Konfransı Sumqayıt, 28 sentyabr 2012, s. 103-105