Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Tələbələrimiz "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin müəssisələrində

Tələbələrimiz "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin müəssisələrində

Tələbələrimiz "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin müəssisələrində

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin dəvətilə Qərbi Kaspi Universitetinin Yüksək Texnologiylar və İnnovativ Mühəndislik Məktəbi, Təbiət elmləri kafedrasının Meşəçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi və 4 saylı Yaşıllaşdırma İdarəsində olublar.
Tələbələrimizə məlumat verilib ki, gələcəkdə yarana biləcək su qıtlığı və səhralaşma problemlərinin həlli məqsədilə 2010-13-cü illərdə Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin nəzdində yüksək texnologiyaya əsaslanan 4 saylı Yaşıllaşdırma İdarəsi və Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi yaradılıb.
Səfər müddətində tələbələr hər iki müəssisənin laboratoriyalarında tinglərin yetişdirilməsi, müasir damcılı su sistemi ilə suvarıma metodları, o cümlədən dəniz suyunun duzsuzlaşdırılaraq içməli su səviyyəsinə gətirilməsi prosesləri ilə əyani tanış olublar.
Həmçinin bildirilib ki, hazırda bu müəssisədə duzsuzlaşdırılmış sulardan suvarmaya yararlı suyun məhdud olduğu ətraf ərazilərdə salınmış hektarla yaşıllıqların, əkin materialı yetişdirilən tinglik sahələrinin suvarılmasında istifadə olunur. Eyni zamanda yaşıllaşdırma idarəsində meşə fondunun açıq sahələrində yeni meşəliklərin salınması və mövcud meşə sahələrinin bərpa edilməsi üçün laboratoriyalarda biotexnologiya üsulla çoxaldılaraq kökləndirilmiş bitkilərin böyüdülməsi və uyğunlaşdırılması həyata keçirilir.
Razılaşmaya əsasən bundan sonra da birgə təlim və seminar tədbirləri, tələbələrin həmin müəssisələrdə istehsalat təcrübələrinin həyata keçirilməsi planlaşdırılır.