Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

COVİD-19 pandemiyasının cəmiyyətdə yaratdığı psixoloji reaksiyalar” adlı vebinar keçirilib

Qərbi Kaspi Universitetində "COVİD-19 pandemiyasının cəmiyyətdə yaratdığı psixoloji reaksiyalar” adlı vebinar keçirilib.
 
“Pedaqogika və Psixologiya” kafedrasının müəllimi Dilbər Bəhmənlinin apardığı vebinarda ekstremal şəraitlərdə insanların emosional vəziyyəti, Covid-19-un insanlarda yaratdığı psixoloji reaksiyalar, insanların Covid-19-a münasibəti, stress və adaptasiya məsələləri, psixoloji debrifinq, relaksasiya, öz-özünü inandırma, iradi özünü tənzimləmə, meditasiya, kinesiologiya və s. metodlar vasitəsilə bu reaksiyaların tənzimlənməsi məsələlərindən bəhs edilib.