Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi
Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları” adı ilə fəaliyyətə başlamışdır. Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti üzrə, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinə çevrilmişdir.
Müxtəlif mühəndislik sahələrində professional, tədqiqedici, müstəqil düşüncə sahibi, yaradıcı və innovativ mühəndislər yetişdirməyi, təhsil, tədqiqat və tətbiqi sahələrdə cəmiyyətin və sənayenin ehtiyaclarını qarşılamağı qarşıya məqsəd kimi qoyan Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi təhsil, tədqiqat və sənaye sektorunda seçilməyi hədəfə almışdır.
Sənayenin sürətlə artan mütəxəssis ehtiyacına paralel olaraq, hər keçən gün artan tələbə kontingentinin tələblərinə cavab verə bilmək üçün məktəb professor-müəllim heyətini və maddi texniki bazasını daima inkişaf etdirməkdədir.
Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar, regionda analoqu olmayan laboratoriyalar; geomatika, maşınqayırma, robototexnika, mexatronika, elektronika, avtomatik nəzarət sistemləri, poliqrafiya və kompüter və. s laboratoriyaları, Azərbaycan, İngilis, Rus və başqa dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur.
Məktəbin professor-müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş, beynəlxalq təcrübəyə malik alim və mütəxəssislərdən ibarətdir.
Məktəbin vəzifəsi tələbələrin yüksək texnologiyalar və innovativ mühəndislik sahələrində fəaliyyət göstərmələri üçün zəruri olan bilik və bacarıqların qazanılmasına imkan yaratmaqdır. Məhz bu səbəbdən, fakültədə aşağıda qeyd olunan laboratoriyalar yaradılıb:
Tədbiqi və təbiət elmləri Məktəbinə aid olan laboratoriyalar
- Kimya və ətraf mühitin monitorinqi laboratoriyası
- Molekulyar biologiya və genetika laboratoriyası
- Botanika kabineti Ekologiya kabineti
- Insan və heyvan anatomiyası və fiziologiyası kabineti
- Geomatika laboratoriyası
Yüksək Texnologiyalar və İnnovatov Mühəndislik Məktəbi laboratoriyaları
- Mexanika laboratoriyası
- Fizika laboratoriyası
- Texnopark
- Rəqəmsal mərkəz
- Rəqəmsal texnologiyalar laboratoriyası
Məktəbin həmçinin müasir kompüter və internet mərkəzi, elmi kitabxanası var. Bütün ixtisaslar üzrə tələbələri yüksək keyfiyyətli tədris gözləyir. Tələbələr ABŞ və Avropanın ən təcrübəli şirkətləri ilə birgə işlənmiş müasir laboratoriyalarından yararlana biləcəklər. Təcrübi biliklərin daha yaxşı əldə olunması üçün tələbələr öz ixtisasları üzrə yerli və xarici şirkətlərdə təcrübə keçəcək, həmçinin beynəlxalq və bir sıra dövlət qurumlarının layihələrinə cəlb ediləcəkdir. Bundan əlavə fakültəmizdə təhsil alan tələbələrimiz Erasmus Mundus, Mövlanə və digər beynəlxalq proqramlarda iştirak edirlər.
Bizimlə Əlaqə
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
İndeks: AZ1072
Telefon: +994 12 565 39 74
@: technologies.engineering@wcu.edu.az
Kafedralar
Akademik heyət
Bakalavr səviyyəsi üzrə
Magistratura səviyyəsi üzrə
Doktorantura səviyyəsi üzrə
- İnformasiya texnologiyaları kafedrası
- Mexanika və riyaziyyat kafedrası
- Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrası
- Nailə Quliyeva - Kimya üzrə fəlsəfə doktoru, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı
- Rəna Hacıyeva - Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, İnformasiya texnologiyaları kafedrasının müdiri
- Kərim Allahverdiyev - Professor, Fizika üzrə elmlər doktoru, professor, Avropa Elmlər Akademiyasının həqiqi üzvü
- Dürdanə Rüstəmova - Fizika üzrə fəlsəfə doktoru, Mexanika və riyaziyyat kafedrasının müdiri
- Adıgözəl Dosiyev - Professor, Riyaziyyat üzrə elmlər doktoru
- Fariz Həsənli - Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiri
- Aydın Əliyev - Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
- Rauf Tağıyev - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
- Zirəddin Qasımov - Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
- Sərvan Hüseynov - Riyaziyyat üzrə elmləri doktoru, dosent
- Esmira Əhmədova - Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
- İlham Səlimov - Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru
- Ramin Zeynalov - Riyaziyyat üzrə fəlsəfə doktoru
- Sənan Həbibov - Fizika riyaziyyat elmləri namizədi
- Qoşqar Əliyev - Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
- Rauf Əmənov - Cografiya üzrə fəlsəfə doktoru
- Toğrul Hacılı - Müəllim
- Mürsəl Nəsirov - Müəllim
- Pərvin Hüseynov - Müəllim
- Elçin Nağıyev - Müəllim
- Toğrul Vəliyev - Müəllim
- Qorxmaz Mustafayev - Müəllim
- Ziya Abdullayev - Müəllim
- Səbinə Hacıyeva - Müəllim
- Türkanə Qəhrəmanlı - Müəllim
- Nərgiz Paşayeva - Müəllim
- Elnarə Firdus - Müəllim
- Nicat Süleymanov - Müəllim
- Qadir Qafarov - Müəllim
- Sona Məmmədli - Müəllim
- Ramiz Qasımov - Müəllim
- Əli Məhəmmədli - Müəllim
- İrina Abbaszadə - Müəllim