Западно-Каспийский Университет

Преподаватели

Школа высоких технологий и инновационного инжиниринга

Рамиз Гасымов

Преподаватель

Гражданская оборона, Охрана труда, Основы гражданской обороны и медицинских знаний

+994 12 565 39 77

ramiz.qasimov@wcu.edu.az

Qasımov Ramiz Ağaxan oğlu, 1989-cu ildə Cəlilabad rayonu, Göytəpə şəhəri 1№li orta məktəbini bitirmişdir. 1989-cu ildə Rusiya Federasiyası Vladikavkaz ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. 1993-cü ildə motoatıcı (taktiki) “Ümumqoşun komandiri”, “Təkərli və tırtıllı texnikaların istismarı mühəndisi” ixtisasını üzrə Bakı Ali Birləşmiş Komandirlər məktəbini bitirmişdir.  

1993-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müxtəlif hərbi hissələrdə bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqada komandirinin MTT üzrə müavini, briqadanın qərargah rəisi, briqada komandiri, Ordu Korpusunun əməliyyat şöbəsinin baş zabiti, Ordu Korpusunun döyüş hazırlığı şöbə rəisinin müavini vəzifələrində xidmət etmişdir.

2017-2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində Quru qoşunları fakültəsinin taktika kafedrasının ümumqoşun hərbi fənlər silsiləsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir.

Xidmət etdiyi müddətdə Müdafiə nazirinin müvafiq əmrləri ilə 1-ci Məharət dərəcəsi və aşağıdakı medallarla təltif olunmuşdur:

  • 2001-ci ildə Briqada qərargahının fəaliyyətlərinin təkmilləşdirilməsi kursunu bitirdiyi haqqinda sertifikatla təltif edilmişdir;
  • 2005-ci ildə Briqadanın MTT üzrə fəaliyyətlərinin təkmilləşdirilməsi kursunu bitirdiyi haqqinda sertifikatla təltif edilmişdir;
  • 2014-cü ildə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin toplantısında yaxından əməkdaşlığa və fərqləndyinə görə sertifikatla təltif edilmişdir; 
  • 2016-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları ilə yüksək səviyyədə nümayiş məşğələlərinin keçirilməsi üzrə sertifikatla təltif edilmişdir;
  • 2003-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 İlliyi (1991-2001)" medalı ilə təltif edilmişdir;
  • 2003-cü ildə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir;
  • 2012-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 İlliyi (1918-2008)" medalı ilə təltif edilmişdir;
  • 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 İlliyi (1918-2013)" medalı ilə təltif edilmişdir;
  • 2012-ci ildə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" 2-ci dərəcəli medalı ilə təltif edilmişdir;
  • 2013-cü ildə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" 1-ci dərəcəli medalı ilə təltif edilmişdir.

 

1998-ci ildən Azərbaycan Respublikası Müharibə Veteranı və 2019-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranıdır.

2020-ci ildən xidmət müddətini başa vurduğu üçün ehtiyata çıxmış və həmin ilin sentyabr ayında Qərbi Kaspi Universitetində müəllim vəzifəsində işləyir.