Western Caspian University

Teachers

Tarana

Tarana  Poladova

School of Natural and Applied Sciences

PhD in Chemistry, Associate professor, Head of the Department Ecology and environment

Poladova Təranə Əli qızı 2000-ci ildə Xətai rayonu 261 saylı orta məktəbi bitirmişdir. 2005-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin “Tətbiqi kimya” ixtisası üzrə bakalavr pilləsini, 2008-ci ildə “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda başlamışdır. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstititunun “Makromolekullar kimyası” ixtisası üzrə əyani aspirantura şöbəsinə qəbul olmuşdur. 2013-cü ildə fəlsəfə doktoru dissertasiyası üzərindəki işi tamamlamış, 2014-cü ildə Azərbaycan Respublikası AAK tərəfindən kimya üzrə fəlsəfə doktoru diplomuna, 2018-ci ildə isə dosent diplomuna layiq görülmüşdür. AMEA Neft-Kimya Prosesləri İnstititunun aparıcı elmi işçisi vəzifəsində çalışmaqla bərabər insititutun nəzdində fəaliyyət göstərən müdafiə seminarının katibi vəzifəsində də işlərini davam etdirmişdir. Hazırda həmin institutda elmlər doktoru səviyyəsində təhsilini davam etdirir və tədqiqatlar aparır. Geniş biliyə və dünyagörüşünə malik, daima axtarışda olan tədqiqatçı dəfələrlə Beynəlxalq və Respublika miqyaslı elmi konfrans, təlim və simpoziumlarda iştirak etmiş, müxtəlif dərəcəli diplom, sertifikat , həmçinin medallarla mükafatlandırılmışdır. 2016-cı ildən ADNSU-nun SABAH qruplarında ingilis və azərbaycan dillərində “Polimerlərin kimyası və fizikası” fənnini tədris edən T.Ə.Poladova 90-dan çox elmi əsərin müəllifidir ki (10-dan çox monoməqalə), onların bir çoxu xarici ölkələrin jurnallarında dərc edilmişdir. Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının müdiridir. Elmi əsərləri: https://scholar.google.com/citations?hl=ru&user=Y09dAUQAAAAJ Synthesis and study of new catanion type, surface-active n-octyletylolamonmonium pentanoat salt  http://www.ppor.az/?page=issue&nid=78 Synthesis and study of new surface-active hexadecylammonium ethanoate and pentanoate salts https://aem.az/index.php?newsid=2307 The new polymer reagent for removing thin oil slicks from water surface 2021 https://7universum.com/ru/nature/authors/item/poladova-ta

Saltanat

Saltanat  Aghayeva

School of Natural and Applied Sciences

PhD in Biology, Head of the Department of Natural Sciences

Akademik fəaliyyətinin istiqamətləri: · Biokimya · Fiziologiya · Genetika Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Ağayeva Səltənət Ərşad qızı 01 yanvar 1972-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1989-1994-ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsində, 2007-2010-cu illərdə AMEA Fiziologiya İnstitutunda doktorant kimi təhsil almışdır. 2012-ci ildə “Beyin strukturlarında monoamine ergik sistemin aktivliyinə elektromaqnit dalğaların təsiri” elmi işini müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2007-2016-cı illərdə AMEA Fiziologiya İnstitutunda elmi işçi, 2016-cı ildən indiyədək Genetik Ehtiyatlar İnstitutunda “Biokimyəvi genetika və genomika” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2003-2021-ci illərdə ADPU-nun nəzdində ADPK-nun və ADPU-nun Quba filialında “Təbiət elmlərinin tədrisi metodikası” kafedrasının baş müəllimi, 2018-ci ildən Qərbi Kaspi Universitetinin “Təbiət Elmləri” kafedrasında saathesabı müəllim vəzifəsində çalışmışdır. 2022-ci il aprel-oktyabr ayları Xəzər Universitetinin “Həyat elmləri” departamentinin müdiri vəzifəsində işləmişdir. Hal-hazırda Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbində “Təbiət Elmləri” kafedrasının müdiri vəzifəsində çalışır. 50 elmi məqalənın, fənn proqramlarının müəllifidır.

Mahmud

Mahmud  Humbatov

School of Natural and Applied Sciences

PhD in Biology

Akademik fəaliyyətinin istiqamətləri: Biologiya Fiziologiya Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Hümbətov Mahmud Fərzəli oğlu 25 sentyabr 1954-cü ildə Gürcüstan Respublikasında anadan olmuşdur. 1971-1975-ci illərdə Gəncə Dövlət Universitetinin kimya-biologiya fakültəsinin biologiya müəllimliyi ixtisasını bitirmişdir. 1975-1977-ci illərdə Kəlbəcər rayonunda müəllim işləmiş, 1978-ci ildə AMEA A. Qarayev adına Fiziologiya İnstitutunun aspiranturasına qəbul olmuş, 1984-cü ildə “Kür çəkisi və Ağ amur balıqlarının hibridlərinin alınması və erkən ontogenezdə onların inkişaf şərtlərinin müqayisəli öyrənilməsi” adlı dissertasiya işini müdafiə edərək biologiya elmləri namziədi elmi dərəcəsinə layiq görülmüşdür. 1984-1988-ci illərdə həmin institutunda elmi işçi, 1988-1990-cı illərdə Kənd Kimya Birliyində şöbə müdiri vəzifəsində çalışmışdır. Müxtəlif illərdə Xarici Dillər Universitetində, Tibb Universitetində, Zəngi liseyində və hazırlıq kurslarında müəllim kimi fəaliyyət göstərmişdir. 2019-cu il sentyabr ayından 2022-ci il sentyabr ayınadək Lənkəran Dövlət Universitetində Biologiya və Ekologiya kafedrasında əvvəlcə baş müəllim sonra isə dosent vəzifəsində çalışmışdır. 2022-ci ilin sentyabr ayından Qərbi Kaspi Universitetinin Təbiət elmləri kafedrasının ştat müəllimi kimi fəaliyyət göstərir. 20-əqədər elmi məqalənin və fənn proqramlarının müəllifidir.

Ayaz

Ayaz  Mammadov

School of Natural and Applied Sciences

PhD in Biology

Akademik fəaliyyətinin istiqamətləri: · Genetika · Biotexnologiya · Gen mühəndisliyi · Molekulyar biologiya Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Məmmədov Ayaz Məmməd oğlu 16 yanvar 1978-ci ildə anadan olmuşdur. 1995-ci ildə Bakı şəhər 244 nömrəli orta məktəbi bitirmişdir. 1995-1999-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində bakalavır, 1999-2001-ci illərə eyni ixtisasda magistr təhsilini almışdır. 2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunda genetika ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 2010-cu ildə fəlsəfə doktorluğu üzrə dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda elmlər doktorluğu üzrə dissertasiya işini yerinə yetirir. 15-dən çox ölkədə beynəlxalq konfrans, seminar və simpoziumda iştirak etmişdir. A.Məmmədov 2003-2006-cı illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda kiçik elmi İşçi, 2006-2007-ci illərdə Kənd Təsəttüfatı Nazirliyində aparıcı məsləhətçi, 2007-2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi K/t Kreditləri üzrə Dövlət Agentliyinin İnformasiya və məsləhət mərkəzində mütəxəxəssis və mərkəzin direktoru, 2011-2013-cü illərdə Standartlaşdırma və Patent üzrə Dönlət Agentliyinin yeyinti və kənd təsərrüfatı laboratoriyasında mütəxəssis, 2013-2022-cillərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda şöbə müdiri vəzifələrində çalışıb. Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin Təbiət Elmləri Kafedrasının müəllimi vəzifəsində çalışır. 40-da çox elmi əsərin müəllifiddir. Elmi nəşrlər: Məqalələr 1) Gullar Gadimaliyeva, Zeynal Akparov, Naib Aminov, Aybeniz Aliyeva, Javid Ojaghi, Samira Salayeva, Moozhan Serpoush, Ayaz Mammadov, Alex Morgounov, Assessment of synthetic wheat lines for soil salinity tolerance, Zemdirbyste-Agriculture, 2020, 107(1), s. 55 - 62 2) N.Y.Kərəmova, E.E.Cəfərova, A.M.Məmmədov, X.M.Əkbərova, Z.B. Haqverdiyeva, Stres şəraitlərində I kurs tələbələrinin koqnitiv və həyəcan göstəricilərinin müqayisəli təhlili, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2019, 8 (2), s. 65 - 70 3) A.M.Məmmədov, Azərbaycanın yerli və introduksiya olunmuş ev toyuqlarının (Gallus gallus domesticus) biomüxtəlifliyinin müqayisəli tədqiqi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2019, 8 (2), s. 117 - 124 4) Allahverdi Shahveranov, Nigar Hamidova, Ayaz Mammadov, The ethical aspects in geneedited humans via crispr-based systems, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2019, 8 (1),s. 122 - 125 5) G.Ə.İsmayılova, A.M.Məmmədov, Q.M.Bəkirov, RAPD (Random Amplification of Polymorphic DNA) molekulyar markerlərlə tut ipəkqurdu (Bombyx mori L.) hibrid və cinslərinin genetik müxtəlifliyinin öyrənilməsi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2018,7(2),s. 132 - 136 6) A.K.Məmmədbəyli, S.Ə.Ağayeva, A.M.Məmmədov, Düşen əzələ distrofiyası irsi xəstəliyinin nəsil ağacı səviyyəsində genealoji analizi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2018, 7(2), s. 116 - 119 7) S.Ə.Ağayeva, A.M.Məmmədov, B.R.Kiçibəyov, Azərbaycan Respublikasının Oğuz rayonunda eritrositar qlukoza-6-fosfatdehidrogenaza fermentinin biokimyəvi polimorfizmi, AMEA Zoologiya İnstitutunun əsərləri, 2018, 36(1), s. 16 - 20 8) С.В.Гаджиева, З.И.Акпаров, Н.А.Гасанов, З.П.Мустафаева, Э.С.Гаджиев, А.Т.Мамедов, В.И.Иззатуллаева, С.М.Бабаева, С.С.Шарифова, А.М.Мамедов, М.А.Аббасов, ISSR-анализ изменчивости культивируемых форм и сортов граната (Punica granatum L.) Азербайджана, Генетика, Springer, 2018, 54(2), s. 200 - 210 9) Г.Бекиров, М.Гасанов, Т.Гаджиева, А.Мамедов, С.Валиев, О влиянии минеральных удобрений и режимов орошения на урожайность листа шелковицы, AGRO ILM, 2018, 5(55), s. 84 - 86 10) Q.M.Bəkirov, A.G.Mustafayev, Ş.N.Əliyeva, R.Q.Bəkirli, S.F.Abdullayev, A.M.Məmmədov, G.Ə.İsmayılova, G.A.Seyidova, Yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərində ekoloji sabitlikəmsallarının təyin edilməsi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi Əsərləri, 2017, 6 (1-2), s. 204 - 208 11) A.Shahveranov, M.Abbasov, A.Mammadov, The detection and prognostic roles of connective tissue growth factor (CTGF) expression in different tumor models, Azərbaycan Milli Elmlər Akademiyası, Gənc Alim və Mütəxəssislər Şurası, Gənc Tədqiqatçı Elmi-Praktiki Jurnal, 2017, 3(1), s. 131 - 136 12) Q.Q.Abdullayev, H.M.Hacıyev, R.B.Allahverdiyev, T.T.Panahova, A.M.Məmmədov, Azərbaycanda quşçuluğun müasir vəziyyəti və qarşıda duran problemlərin həlli yolları, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2012, 4, s. 67 - 659 13) М.Г.Гаджиев, У.Т.Турабов, А.М.Мамедов, Клеточное содержание птицы основа высокой эффективности производства, Аграрная Наука Азербайджана, 2012, 1, s. 59 - 61 14) A.M.Məmmədov, Azərbaycanın yerli toyuq cinslərinin məhsuldarlıq əlamətlərinin öyrənilməsi, AMEA Genetik Ehtiyatlar İnstitutunun Elmi əsərləri, 2010, II, s. 336 - 341 15) A.M.Məmmədov, Poliakrilamid gel izoelektrikfokuslama (PAGİF) metodu ilə müxtəlif növ heyvanlara aid ətlərin müəyyən edilməsi, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2010, 1-2, s. 119 - 122 16) А.М.Мамедов, Идентификация местных пород кур Азербайджана по биохимическим маркерам, Українська Академiя Аграрних Наук, Міністерство Аграрної Політики. Iнститут Бїологiї Тварин. Науково-Технiчний бюллетень, 2008, 9(4), s. 237 - 240 17) А.М.Мамедов, Изучение полиморфизма белков сыворотки крови у местных пород кур Азербайджана, Всероссийский научный журнал «Практик», 2008, 4, s. 71 - 74 18) A.M.Məmmədov, Yerli toyuqların qanında ümumi zülalların miqdarının müqayisəli öyrənilməsi, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2008, 2, s. 125 - 126 19) A.M.Məmmədov, Yerli toyuqların (Gallus gallus domesticus) standartlaşdırılması, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2007, 8-9, s. 199 - 200 20) A.M.Məmmədov, Azərbaycanın yerli toyuqlarında yumurta məhsuladarlığının öyrənilməsi, Azərbaycanın Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2007, 6-7, s. 115 - 117 21) A.M.Məmmədov, Azərbaycanın yerli çil-çil toyuğunun (Gallus gallus domesticus) sitogenetik xüsusiyyətləri, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Elmi Əsərləri, 2007, 2, s. 63 - 66 22) A.M.Məmmədov, Yerli toyuqların (Gallus gallus domesticus) qan zərdabı zülallarının öyrənilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Aspirantlarının Elmi Konfransının Materialları., Bakı “Elm” nəşriyyatı, 2006, s. 313 - 316 23) A.M.Məmmədov, Toyuqların (Gallus gallus domesticus) somatik hücüyrələrində xromosom kompleksinin öyrənilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Aspirantlarının Elmi Konfransının Materialları,2005, s. 106 - 108 24) A.M.Məmmədov, T.M.Turabov, R.Q.Həsənov, “Səmədoğlu” kəndli fermer təsərrüfatın fəaliyyəti və qaramal naxırıının təsviri, Tələbə və magistrların elmi məqalələrinin toplusu, 2001, s. 58 - 60 25) A.M.Məmmədov, R.Q.Həsənov, Xanlar rayonunun “Səmədoğlu” fermrer təsərrüfatında qaramal cavanlarının bəslənməsi., Tələbələrin və magistrların elmi işlərinin məcmuəsi. 64-66, 1999, s. 64 - 66 26) A.Məmmədov, T.M.Turabov, Camışlarda məhsuldarlıq əlamətlərinin irsiliyi və korrelyativ əlaqələr., Aspirantların, tədqiqatçıların və tələbələrin məqalələrinin toplusu, 1997, s. 20 - 21 Konfranslarda iştirak 1) A.M.Mammadov, S.A.Aghayeva, L.S.Huseynova, E.K.Guliyeva, Z.I.Mehdiyeva, Molecular-genetic investigation of some hereditary diseases in Azerbaijan, “Azərbaycan və Türkiyə Universitetləri: təhsil, elm, texnologiya" I Beynəlxalq elmi-praktiki konfrans, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti, Azərbaycan, 18.12.2019-20.12.2019, s. 155 - 159 2) Ismayilova G.A, Mammadov A.M.,Studying genetic diversity of Azerbaijan local silkworm (Bombyx mori L.) breeds and hybrids using RAPD molecular markers, 2nd International Conference on “One Health: Problems and Solutions",Khazar University/Xəzər Universiteti, Azərbaycan,24.05.2019-25.05.2019, s. 57 - 57 3) S.A.Aghayeva, A.M.Mammadov, А.К.Mamedbeyli, E.M.Rasulov, Combination of two genetic disturbances: G6PD enzyme deficiency and Duchenne muscular dystrophy in one patient, Human Genome and Health, 2nd International Conference Tbilisi, Georgia, 2019, Tbilisi State Medical University and Georgian Society of Medical Genetics and Epigenetics, Gürcüstan, 11.05.2019-12.05.2019, s. 21 - 4) G.İsmayilova, A.Məmmədov, Q.Bəkirov, Yüksət temperatur şəraitində tutipəkqurdu cins və hibridlərinin texniki göstəriciləri, “Dağlar: mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” adli beynəlxalq konfrans, Qərbi Kaspi Universiteti, Azərbaycan, 10.05.2019-12.05.2019,s. 120 - 5) S.Aghayeva, A.Mammadov, Genetic consulting for families with duchenne muscle dystrophy, “Dağlar: mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” adli beynəlxalq konfrans, Qərbi Kaspi Universiteti, Azərbaycan,10.05.2019-12.05.2019, s. 321 - 6) A.M.Mammadov, A.İpek, S.H.Teoman-Duran, S.A.Aghayeva, R.Asgarova, G.AIsmayilova, K.K.Malikov, Studying of genetic biodiversity of the Azerbaijan and Turkey olive varieties, “Dağlar: mədəniyyətlər, landşaftlar və biomüxtəliflik” adli beynəlxalq konfrans, Qərbi Kaspi Universiteti, Azərbaycan, 10.05.2019-12.05.2019, s. 87 - 90 7) P.H.Manafova, S.C.Salayeva, Ş.F.Məmmədova, E.Q.Nurullayev, A.M.Məmmədov, C.M.Ocaqi, Azərbaycan mənşəli yabanı badam nümunələrinin molekulyar identifikasiyası , Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 26.12.2017-27.12.2017, s. 276 - 277 8) G.Ə.İsmayılova, A.M.Məmmədov, Tut ipəkqurdu (Bombyx mory L.) cinslərinin genetik müxtəlifliyi və müxtəlif coğrafi regionlara aid cinslərin mtDNT gen fraqmentlərinin sekvens analizi, Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət problemləri” mövzusunda III Beynəlxalq elmi konfrans., Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 26.12.2017-27.12.2017, s. 314 - 315 9) İ.Q.Əfəndi, A.M.Məmmədov, S.C.Əhmədova, V.İ.İzzətullayeva, S.M.Babayeva, M.Ə.Abbasov, Genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik sistemləri və risklərin qiymətləndirilməsi, Ulu öndər H.Əliyevin 94-cü ildönümünə həsr olunmuş gənc alim və tədqiqatçıların VII Beynəlxalq Elmi Konfrans, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 27.04.2017-28.04.2017, s. 84 - 85 10) Z.İ.Akparov, G.Ismayilova, A.M.Mammadov, Molecular genetic studying of silkworm breeds, 8th BASCA International Conference on “Climate changes and chemicals-the new sericulturw challenges”/ “CLISERI”, The Black, Caspian Seas and Central Asia Silk Association (BACSA), Azərbaycan, 02.04.2017- 07.04.2017, s. 116 - 120 11) İ.Q.Əfəndi, A.M.Məmmədov, S.C.Əhmədova, S.M.Babayeva, M.Ə.Abbasov, Genetik modifikasiya olunmuş bitkilər və onların identifikasiyası, Ulu öndər H.Əliyevin 93-cü ildönümünə həsr olunmuş gənc alim və tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransın Materialları, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan, 26.04.2016-27.04.2016,s. 127 - 129 12) A.M.Məmmədov, Azərbaycanın yerli toyuqlarında diri çəki artımının öyrənilməsi,“Tətbiqi Biologiyanın Problemləri” mövzusunda Respublika Elmi Konfransı, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti., Azərbaycan, 27.04.2007-28.04.2007, s. 110 - 111 13) A.M.Məmmədov,Yerli toyuq cinslərinin (Gallus gallus domesticus) yumurtalarının inkubasiya keyfiyyətinin öyrənilməsi, “Biomüxtəlifliyin genetik ehtiyatları” mövzusunda I Beynəlxalq Konfrans, Azərbaycan Milli Elmlər Akademiyası, Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan, 27.06.2006-28.06.2006, s. 248 - 249 Monoqrafiya, kitablar, kataloqlar və s. 1) Ç.Ə.Fərəcov, F.Ö.Eminov, Q.Q.Abdullayev, A.M.Məmmədov, Azərbaycanın yerli heyvan cinslərinin kataloqu, Azərbaycan, 2004, 36 s. 2) Z.Əkpərov, M.Abbasov, M.Musayev, Z.Mustafayeva, N.Həsənov, A.Məmmədov, A.Məmmədov, S.Hacıyeva , E.Hacıyev, Azərbaycanın nar sortlarının kataloqu, Azərbaycan, 2018, 96 s.

Alasgar

Alasgar  Aghazade

School of Natural and Applied Sciences

Associate Professor, PhD in Technical Sciences

Ağazadə Ələsgər Dadaş oğlu 1955-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakının Binəqədi rayonunda 30 saylı məktəbi bitirmişdir. 1976-cı ildə M.Əzizbəyova adına Azərbaycan Neft və Kimya inistutunun kimya texnologiya fakultəsinə qəbul olmuş və 1981-ci ildə  “Əsas üzvi və neft kimya sintezinin  texnologiyası” ixtisası üzrə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1981-2009-cu illərdə AMEA, Neft kimya prosesləri instiutunda mühəndis,kiçik elmi işçi,elmi işçi, böyük elmi işçi  və aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1989-cu ildə “Akril  turşusu və propilen  oksid əsasında  suda həll olan birgə polimerlərin sintezi və xassələri” mövzusunda namizədlik dissertasiyasını, 2006-cı ildə “Alifatik spirtlərin və monokarbon turşularının səthi-aktiv oksipropil törəmələrinin və onların əsasında kompozisiyalarının alınması və tətbiqi” mövzüsunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Bunların müqabilində ona kimya  elmləri namizədi və texnika elmləri doktoru elmi dərəcələri verilmişdir. 1995-ci ildə “Yüksək molekullu birləşmələr kimyası” ixtisası üzrə baş elmi işçi elmi adı verilmişdir. 2005-ci ildə rəhbərlik etdiyi bir nəfər xarici vətəndaş namizədlik dissertasiyası müdafiə etmiş  və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-2020-ci illərdə SOCAR Neft-qaz elmi tədqiqat layihə instiutunda aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2021-ci ildən  Qərbi Kaspi Universitetində “Ekologiya və ətraf mühit” kafedrasında müəllim vəzifəsində işləyir.     İşlədiyi dövrdə tədqiqat işlərinə dair 200-dən artıq işi nəşr olunmuşdur. (50 məqalə,28 xaricdə nəşr olunan məqələ,46 tezis, 8 beynəlxalq və 38 xaricdə nəşr olunan tezis, 20 patent, 21 ixtiraya dair iddia sənədi, 4 müəlliflik şəhadətnaməsi).