Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Dəqiq dövrləşdirmə metodları haqqında mühazirə təşkil olunub

Dəqiq dövrləşdirmə metodları haqqında mühazirə təşkil olunub

Qərbi Kaspi Universitetinin Tarix ixtisası tələbələri üçün "Arxeometriyanın əsasları" fənni çərçivəsində Dəqiq dövrləşdirmə metodları haqqında mühazirə təşkil olunub.
Mühazirəçi Radiasiya Problemləri İnstitutunun elmi işçisi Aybəniz Əhədova arxeologiya elmində artifaktların yaşının dəqiq öyrənilməsi haqqında məlumatlar verib.
Bu zaman tələbələrə Radiokarbon, Termolüminesensiya və Elektron Paramaqnit rezonans üsullarının işləmə prinsiplərindən, bu metodıarın köməyi ilə müxtəlif tərkibli arxeoloji materiallara necə yaş təyin olunması nümayiş etdirilib, həmçinin, Azərbaycanın müxtəlif abidələrində dəqiq tarix müəyyən edilməsi üçün aparılmış analizlər və onların nəticələri göstərilib