Biznes Məktəbi
Qərbi Kaspi Universitetinin “Biznes” məktəbi biznes sferasında fəaliyyət göstərərək öz bacarıqları və imkanları maliyyə vəsaitləri, marketinq siyasəti ilə ölkəmizin iqtisadiyyatının sərbəst inkişafına şərait yarada biləcək mütəxəssislər yetişdirir. Məktəbdə Azərbaycan, rus, ingilis dilli çoxsaylı dərslik və dərs vəsaitləri, proqram və metodik materiallardan yeni, işıqlı və geniş müasirtipli tədris otaqlarında yüksək keyfiyyətli tədris və təlim mühiti yaradılmışdır.
Biznes məktəbi universitetin aparıcı məktəbi kimi daima diqqət mərkəzindədir. Məktəbin məzunları yüksək peşəkarlıqları ilə xalq təsərrüfatının müxtəlif sahələrində müvəffəqiyyətlə qarşıya qoyulan məsələlərin həllində iştirak edirlər. Məktəbdə tədrisi həyata keçirilən ixtisaslar bakalavr, magistr, doktorantura və dissertantura təhsil pillələrində aparılır.
Biznes məktəbinin güclü ixtisaslarından biri maliyyədir. Maliyyə - bazar münasibətlərinin tərkib hissələrindən biri olmaqla dövlətin iqtisadi siyasətinin reallaşdırılmasının mühüm alətidir. Ona görə də bu sahənin mütəxəssisləri maliyyənin mahiyyəti və funksiyalarını yaxşı bilməli, dövlət və müəssisələrdə (firmalarda) maliyyə resurslarının formalaşması, bölüşdürülməsi və istifadəsinin xüsusiyyətlərini dərindən qavramalı və istifadə edə bilməlidir.
Cəmiyyətin iqtisadi həyatı mürəkkəb, çoxtərəfli olsa da iqtisad elmləri sistemində turizm özünəməxsus yerə malikdir. Müasir insanın həyat tərzi səviyyəsi, bu həyatın stili, onun standartları, xidmətlər sahəsinin, təhsil və istirahət kimi anlayışları özündə birləşdirir.
Turist tələbatları turist məhsuluna olan istehlak tələbatının əsasını təşkil edir. Turist xidmətləri istehsalı turist sənayesini formalaşdırır. Turist məhsulunun (turun) formalaşması və onun sonradan turist bazarında reallaşdırılması prosesi olduqca mürəkkəb və spesifik bir sahədir. Bu sahədə kadr hazırlığı Respublika Universitetləri arasında ilkin idi.
Qeyri-neft sektorları arasında prioritet sahə kimi turizm sferası hazırlanan kadrlar gələcək iqtisadiyyatımızda həlledici rol oynaya bilər.
Biznes məktəbinin müəllim heyəti 7 nəfər elmlər doktoru, 21 nəfər fəlsəfə doktoru, 12 nəfər isə ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə və başqa xarici ölkələrdə təhsil almış, xalq təsərrüfatının aparıcı sahələrində çalışan mütəxəssislərdən ibarətdir. Bununla yanaşı xarici ölkələrin aparıcı ali təhsil ocaqlarından dəvət olunmuş professor-müəllimlər tədris prosesinə cəlb olunurlar.
Tələbələrimiz Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, AMOCO, Praysuotershaus Kupers, BP, Hyatt Regency, Radisson və başqalarının təşkil etdiyi görüşlərdə, təqdimat mərasimlərində və başqa tədbirlərdə iştirak edirlər. Bununla tələbələr praktik bacarıqlar və təcrübə qazanır və universiteti bitirdikdən sonra işə düzəlmək imkanı əldə edirlər. Məktəb beynəlxalq TASİS TEMPUS, Erasmus-Mundus, Mövlanə, Visegrad Fondu və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.
Biznes məktəbinin müasir kompüter, internet mərkəzi və elmi kitabxana mərkəzi var.
Bizimlə Əlaqə:
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
İndeks: AZ1072
Telefon: +994 12 565 39 77
Kafedralar
Akademik heyət
Bakalavr səviyyəsi üzrə
Magistratura səviyyəsi üzrə
Doktorantura səviyyəsi üzrə
- Səfər Pürhani - Professor, İqtisad elmlər doktoru, Turizm və sahələr iqtisadiyyatı kafedrasının müdiri
- Kəmalə Hüseynova - İqtisadiyyat və Biznes məktəbinin dekanı
- Gülnarə Hacıyeva - İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent
- Nərminə Qarayeva - Texnika elmləri üzrə fəlsəfə doktoru
- Əşrəf Həsənov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Rasim Abbasov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Natiq Qurbanov - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Sadiq Əfəndiyev - İqtisad üzrə fəlsəfə doktoru
- Məmmədrzayev Məmmədəli - Müəllim
- Rauf Quşxani - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Nizami Hüseynov - Müəllim
- Həmid Əlizadə - Müəllim
- Nigar Bağırova - Müəllim
- Xanım Ağayeva - Müəllim
- Elşən Orucov - Müəllim
- Şahzadə Mədətova - Müəllim
- Miryusif Cavadzadə - Müəllim
- Aynur Axundlu - Müəllim
- Aytən Məmmədova - Müəllim
- Günel İsmayılzadə - Müəllim
- Sədaqət İbrahimova - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Gülnarə Nuriyeva - İqtisad elmləri üzrə fəlsəfə doktoru
- Biznesin idarə edilməsi
- Davamlı inkişafın idarə edilməsi
- Maliyyə
- Marketinq
- Menecment
- Mühasibat
- Turizm işinin təşkili
- Beynəlxalq turizm və ölkəşünaslıq
- Biznesin idarə edilməsi (MBA proqramı çərçivəsində) - İkili diplom
- Biznesin təşkili və idarə edilməsi
- Biznesin təşkili və idarə edilməsi (MBA proqramı çərçivəsində)
- Biznesin təşkili və idarəedilməsi(turizm və otelçiliyin idarə edilməsi üzrə)
- Elektron kommersiya
- İnnovasiyaların və layihələrin idarə olunması
- Maliyyə nəzarəti və audit