Qərbi Kaspi Universiteti

Fakültələr

Ekologiya və ətraf mühit

“Ekologiya və ətraf mühit” kafedrasının professor-müəllim heyəti innovativ texnologiyalardan istifadə əsasında pedaqoji prosesin təkmilləşdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün yeni tədris üsullarının tətbiqi, tədris prosesinin təkmilləşdirilməsi üzrə fəal tədris-metodiki işlər aparır.

Kafedranın müəllimləri tədris prosesində yüksək ixtisaslı bakalavr və magistrlərin biliklərinin dərinləşdirilməsi və onlara nəzarətin ənənəvi forma və metodları ilə yanaşı, aktiv tədris metodlarından: multimedia mühazirələri və praktiki tapşırıqlardan, istehsalat situasiyalarından, biznes simulyasiya tapşırıqlarından, vebinarlardan geniş istifadə edirlər. Həmçinin kafedrada müxtəlif elmi-təqdiqat müəssisələrində, təbiət ərazilərində və müxtəlif  istehsalat obyektlərində dərslərin keçirilməsi tətbiq edilir.

 Regional səviyyədə davamlı inkişaf və təbiətdən istifadə məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılması, müxtəlif istiqamətlərdə ekoloji sənədlərin işlənib hazırlanmasında iştirak, nəşrlər, çıxışlar şəklində biliklərin yayımlanması, elmi və elmi-praktik forumlarda tədqiqat nəticələrinin həyata keçirilməsi də kafedranın qarşısına qoyduğu əsas məsələlərdən biridir.